Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məlikov Məlik Şıxbala oğlu
Açar sözlər: pedaqogika, quruluş elementləri, elmi fənlər, pedaqogikanın sahələri, pedaqogika elminin bölmələri, elmi istiqamətlər, elmi sahələr, elm cərəyanlar, pedaqoji cərəyanlar, elmi məktəblər, aksiologiya, prakseologiya
Keywords: pedagogy, structural elements, scientific subjects, fields of pedagogy, sections of pedagogy, scientific fields, scientific trends, pedagogical trends, scientific scools, axiology, prakseology 
Ключевые слова: педагогика, структурные елементы, научные отрасли, педагогические науки, научные направления, научные предметы, научные течения, педагогические течения, научные школы, аксиология, праксеология
 

Müasir pedaqogikanın bir elm kimi quruluşu haqqında fikrə sahib olmaq üçün, ilk növbədə, onun tərkib hissəsi olan quruluş elementlərinin mahiyyətini araşdırmaq lazım gəlir. Bundan əlavə, elmin quruluşunun anlaşılması üçün hər şeydən əvvəl, elmi fəaliyyətin həyata keçirildiyi və pedaqoji elmi biliklər sisteminin inkişaf etdiyi quruluş vahidlərin tərkibini və onlar arasındakı qarşılıqlı əlaqənin mahiyyətini anlamaq vacibdir.
Müxtəlif mənbələr və kontekstlərdə pedaqogika elminin aşağıdakı quruluş komponentlərinin adlarına rast gəlmək mümkündür: elmi fənlər; pedaqogikanın sahələri; pedaqogika elminin bölmələri; elmi istiqamətlər; elmi sahələr; elmdə cərəyanlar, pedaqoji cərəyanlar;elmi məktəblər.
Sadaladığımız bu anlayışları bir araya gətirərkən, onların istifadəsində bəzi qarışıqlıqları və onların semantik tərkibinin açıq-aşkar qeyri-müəyyənliyi ortaya çıxır. Bir elmi sahəyə həm pedaqogikanın sahəsi kimi, həm elmi fənn, həm pedaqogikanın bir bölməsi kimi, həm də elmi istiqamət kimi istinad edilə bilər. Belə bir qarışıqlıq pedaqogikanın faktiki quruluşu və onun inkişaf tendensiyaları haqqında aydın fikrə malik olmağa imkan vermir.


Baxış: 1647