Açar sözlər: intellektual çatışmazlıq, sensor qavrayış, psixo-pedaqoji müayinə, loqopedik iş
Key words: intellectual deficiency, sensory perception, psycho-pedagogical research, speech therapy work
Ключевые слова: интеллектуальный дефицит, сенсорное восприятие, психо-педагогическое исследование, логопедическая работа
İntellektual çatışmazlığı olan uşaqlarda nitq çatışmazlıqlarının korreksiyaşı üzrə işin təşkili birinci növbədə onların hərtərəfli müayinəsini tələb edir. Müayinə sistemli xarakter daşıyaraq korreksiya təsir işinin bütün istiqamətlərini əhatə edir və ozundə tibbi, psixoloji-pedaqoji və loqopedik istiqamətləri birləşdirir. Nitq butun psixi proses və funksiyalarla əlaqədar olduğu ucun onun muayinəsi zamanı aparılan psixoloji-pedaqoji istiqamət loqopedik muayinə üçün boyuk əhəmiyyət daşıyır. Vaxtında aparılmış psixoloji-pedaqoji müayinə loqopedə nitq qusurlarının strukturunu, inkişaf dinamikasını izləməyə, onu düzgün diaqnozlaş¬dırmağa, uşağa nitq çatışmazlıqları ilə bağlı keyfiyyətli xidmət gostərməyə imkan verir. Psixo-pedaqoji-müayinə vahid bir sistem olub, ozundə kiliniki, psixoloji və pedaqoji araşdırmaları birləşdirir. Muayinə uşağın aparıcı fəaliyyəti prosesində: əşya-əməli, oyun və ya təlimi zamanı başlanır. Aparılan muayinə özunun istiqamət, məqsəd və vəzifələri ilə fərqlənir. Tibbi muayinə anamnezdəki kliniki məlumatlar əsasında nitq catışmaz lığının ontogenez və dizontogenez mənzərəsini aydınlaşdırmağa imkan verir. Tibbi muayinə terapevt, nevropatoloq, oftalmoloq, otolorinqoloq və digər mutəxəssislər tərəfindən aparılır.