Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məmmədova Tamara Bidat qızı
Açar sözlər: təhsil sistemi, ibtidai təhsil, metodika, riyaziyyat
Key words: education system, elementary school, methodology, mathematics
Ключевые слова: система образования, начальная школа, методика, математика
 

Təhsil sahəsindəki islahatlar yeni təhsil sisteminə keçidin əsasını qoydu. Yeni təlim sistemi müəllim hazırlığının yeni standartlarını müəyyən etdi. Hər bir yenilik kimi bu sistemin də tərəfdarları və əleyhdarları oldu.
Yeni təhsil sistemini qiymətləndirmək üçün əvvəlcə digər ölkələrin təhsil sistemini araşdırmaq qərarına gəldim. Mən yalnız ibtidai siniflərdə riyaziyyatın tədrisi barədə yazacam. ABŞ-da ibtidai siniflərdə riyaziyyatın tədrisi ilə maraqlandım. Amerika tədris sitemində vahid standartlar yoxdur. Məktəbləri əsasən dövlət maliyyələşdirirsə də hər ştatın təhsil şurası öz məktəbləri üçün tədris planı hazırlayır. Tədris planı məktəblərdə müəllimlər tərəfindən dəqiqləşdirilir. Amerika tədris sistemi aşağıdakı mərhələlərdən ibarətdir:
• 3-5 yaşlı uşaqlar- məktəbəqədər müəssisə
• 6-11 yaş- ibtidai məktəb (1-5 siniflər)
• 11-13 yaş -orta məktəb (6-8 siniflər)
• 14-17 yaş -ali məktəb (9-12 siniflər)
• Ali təhsil müəssisələri.


Baxış: 1004