Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Abdullayeva Gültəkin Ataş qızı
Açar sözlər: nitq inkişafı, rabitəli nitq, kurikulum, ifadə, inşa, esse 
Key words: speech development, communication speech, curriculum, expression, composition, essay
Ключевые слова: развитие речи, связная речь, курикулум, изложение, сочинение, эссе
 

Müasir dövrdə məktəbin qarşısında duran ümumpedaqoji problem şagirdlərin nitqini inkişaf etdir¬məkdir. Bu vəzifə dil və təfəkkürün vəhdəti haqqında təlimdən irəli gəlir. 
Dil cəmiyyətin üzvləri arasında ünsiyyət və fikir mübadiləsi silahı, insanlara təsir vasitəsidir. İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Məlumdur ki, uşaq məktəbə gələnə qədər müəyyən nitq vərdişlərinə yiyələnmiş olur. Lakin onun nitqinin inkişafı üzərində məktəbdə məqsədəuyğun iş aparılmalıdır. İbtidai siniflərdə şagirdlərə sözdən istifadə etməyi öyrətmək, onlara həyatda zəruri olan nitq vərdişləri vermək lazımdır. 
Hal-hazırda, əvvəlki illərdə olduğu kimi, ibtidai siniflər üçün proqram (kurikulum) və dərsliklərdə şagirdlərin şifahi və yazılı nitqinin inkişafına ciddi diqqət yetirilir. Ana dili üzrə hər bir dərsdə nitq inkişafı üzrə iş mühüm yer tutur, mahiyyət etibarilə, hər bir məşğələ nitq inkişafı dərsidir. İbtidai sinif müəllimi elə etməlidir ki, şagirdlər qrammatik nəzəriyyəni, orfoqrafik vərdişləri mənimsəməklə yanaşı, nitq praktikası prosesində sözləri düzgün tələffüz etmək, onları düzgün seçmək və cümlədə işlətmək, cümlə qurmaq, oxuduqları, eşitdikləri və gördükləri haqqında danışmaq, özünün və başqalarının fikrini ifadə etmək bacarığına yiyələnsinlər. [1]


Baxış: 4239