Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Əhmədova Səidə Məhiyəddin qızı
N.H.Cəbiyev adına tam orta məktəb (Yardımlı r-nu)

İNGİLİS DİLİNDƏ MÖVCUD OLAN HAZIR BİRLƏŞMƏLƏRİN TƏSNİFATI


Açar sözlər: frazeologiya, birləşmə, idiom, məsəllər, təsnifat
Key words: phraseology, combinations, idiom, sayings, classification
Ключевые слова:фразеология, сочетания, идиома, поговорки, классификация 

Dildə çoxlu sayda söz və ifadələr mövcuddur. Bütün dillərdə olduğu kimi ingilis dilinin de özünə məxsus sabit və sərbəst söz birləşmələri, idiomlar, atalar sözləri və məsəlləri mövcuddur. Dildəki sabit birləşmələr dilin əsas frazeoloji birləşməsini təşkil edir. İngilis dilində frazeoloji birləşmələrin bəzilərində komponent əksikliyi olarkən, bəzilərində hissələrin sabitliyi görünür. Bu ifadərin mənalarını bəzən bir başa anlamaq çətin olur. Ona görə də dilçilikdə bu ifadələrə aydınlıq gətirmək zəruri və aktual məsələlərdəndir.Hazır ifadələr müəyyən şərait və mətn daxilində anlaşılır və ya hazır şəkildə öyrənilir. Buna aid bəzi birləşmələrə nəzər salaq.
A dark horse-qara at (haqqında heç nə bilinməyən insan)
A white elephant-ağ fil (pul israfı)
Green-eyed monster-yaşıl gözlü şeytan( qısqanc mənasında Otello əsərindən götürülüb)
To let the cat out of the bag-bişiyi çantadan çıxarmaq( sirrin açılması)
To bark up the wrong tree- səhv ağaca hürmək( yalnış yerdə axtarmaq)
Xarici dil öyrənənlər, xüsusən, az yaşlılar bu ifadələrə xüsusi diqqət yetirməlidir, çünki bu birləşmələri düzgün yerində işlətməmək müəyyən anlaşılmazlıqlara səbəb ola bilər. Məsələn balaca Cim və anası arasında gedən kiçik dialoq buna misal olaraq göstərilə bilər.
Jim: Mum, Tom is dead. (Ana,Tom ölüdür)
Mum: Nonsense, child. He phoned me 5 minutes ago.(Cəfəngiyyatdır, övladım. O, 5 dəqiqə əvvəl zəng etmişdir.)
Jim: But I heard Mrs. Brown said her neighbours cut him dead. (Amma mən eşitdim xanım Braun dedi ki, qonşular onu ölü kəsib).
Sonuncu cümləni olduğu kimi tərcümə etsək, Tomun öldüyü anlaşılar. Lakin cut her dead ifadəsi onu görməzdən gəlmək mənasında işlənir.

MƏQALƏNİ YÜKLƏ [133,66 Kb] (yüklənib: 91)

Baxış: 1 191
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]