Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Süleymanlı Rabiyə Rizvan qızı
Açar sözlər: təxəyyül, inkişaf, yaradıcılıq, fəaliyyət, təxəyyül surətləri, şagirdlər, metod
Keywords: imagination, progress, creativity, activity, imagination images,students, methods
Kлючевые слова: воображение, прогресс, творчество, активность, воображение образы, ученики, методы

 
Müasir dövrdə məktəblərdə əzbərçilikdən uzaq, müasir təlim metodlarından istifadə edilir. Bu metodlar şagirdlərdə bərpaedici və yaradıcı təxəyyülün inkişaf etdirilməsi məsələsinin zəruriliyini ön plana çıxardır.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.


Baxış: 1670