Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Aslanova Ülviyyə Salam qızı
Açar sözlər: İbtidai təhsil, Azərbaycan dili, oxu təlimi, nitq mədəniyyəti, metodika
Key words: Primary education, Azerbaijani language, readings, speech culture, methodology
Ключевые слова: Начальное образование, Азербайджанский язык, чтения, речевая культура, методика

Azərbaycan dilinin tədrisində əsas məqsəd şagirdlərin nitq bacarıq və qabiliyyətlərini təkmilləşdirmək, ana dilində düzgün yazı, oxu və nitq mədəniyyətinə yiyələndirməkdir. Bütün bunlarla bərabər dilin tədrisi şagirdlərin elmi dünyagörüşünü genişləndirir, təfəkkürünü inkişaf etdirir, leksikonunu zənginləşdirir, düzgün nitq vərdişləri, danışıq qabiliyyəti yaradır, onlarda ana dilinə sevgi və məhəbbət hissləri aşılayır və mənəvi, əxlaqi cəhətdən onları kamilləşdirir.
Bu cəhətdən Azərbaycan dilinin tədrisində oxu materialları və onların öyrənilməsi və öyrədilməsi məsələləri xüsusi yer tutur. Oxudan səmərəli istifadə etmək, oxunun düzgün metodikasına yiyələnmək - xüsusilə ifadəli oxu qaydalarına əməl etmək, şagirdlərin düzgün, savadlı nitqə yiyələnmələrinə, əxlaq vəmənəviyaytlarının zənginləşməsinə, yaradıcı təfəkkürlərinin inkişafına və gələcəkdə də onların natiqlik qabiliyyətlərinə yiyələnmələrinə səbəb olacaqdır.
Baxış: 2284