Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Sövdəyar Muradov,
Bakı Dövlət Universiteti,
Tarix Muzeyinin müdiri

AZƏRBAYCANDA İLK ALİ TİBB TƏHSİLİ OCAĞI

Açar sözlər: Azərbaycanda, Rəşidəddin Fəzullah, Rəb-e Rəşidi, xəstəxana, əcz axana, tibb, tələbələr, batman, dərman, həkim.

Azərbaycanda təbabət elmi çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, ХШ əsrdə Yaxın və Orta Şərqdə ilk dəfə Azerbaycanda tibb fakültəsi təşkil edilmişdi. Mədəniyyət və incəsənətin inkişafı baxımından XII yüzillik, «qızıl əsr» kimi qeyd olunurdusa, ХШ əsrin sonu XIV əsrin əvvəllərini Azərbaycanda dəqiq və humanitar elmlərin, o cümlədən təbabət elminin inkişafı baxımından «qızıl dövr» adlandırmaq olar.
XIII yüzilliyin sonlannda Elxanilər dövləti dövründə Azərbaycanın paytaxtı Təbriz şəhəri də daxil olmaqla mədəniyyət və iqtisadi inkişaf baxımından çiçəklənmə dövrü hesab olunur. Bu dövrdə müxtəlif sahələrdə elmi kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilirdi. Elxanı hökmdan Qazan xan (1295-1304) Təbrizin cənub-qərbində Şam Qazan şəhərciyini saldırır. Orada rəsədxana, mədrəsə, xəstəxana təsis edilir. Dövrünün görkəmli dövlət xadimi, alim, tarixçi, həkim, bir sözlə, ensiklopedik yaddaşı olan, Qazan xanın vəziri Rəşidəddin Fəzlullalı (1247-1318) Təbrizin şimal-şərqində saldırdığı Rəb-e Rəşidi adlı şəhərcikdə universitet, o cümlədən, tibb institutu, xəstəxana, kitabxana, mədrəsə təsis etmiş, Şam Qazanda «Dar-üş-şəfa» (şəfa evi) adlı xəstəxana tikdirmişdir. Orada ümumi xəstəliklər üzrə həkimlərdən əlavə, göz həkimləri, cərrahlar çalışırdı.

MƏQALƏNİ YÜKLƏ [560,27 Kb] (yüklənib: 19)




Baxış: 689
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]