Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Eyyub Bəşirov
Azərbaycan camışçılıq elminin və təcrübəsinin qədim inkişaf tarixi, dərin kökləri, qaynaqlan var. Xalqımız heyvandarlığın əsas istiqamətlərindən biri kimi bütün dövrlərdə camışçılığa xüsusi diqqət yetirmiş, qayğı göstərmişdir. Hər dövrə uyğun da cəlbedici elmi və təcrübevi nəticələr qazanmışdır.
Bunun da başlıca səbəbi camışın, camışçılığm yüksək iqtisadi səmərəliliyi, əhalinin camışa böyük məhəbbəti, ona ailənin, evin dolanışıq mənbəyi kimi baxması, həm də əlverişli yerli iqlim şəraiti, bol yeni bazası, bol su hövzələrinin, su mənbələrinin mövcudluğudur.
Belə münbit şəraitdə elə dövrlər olub ki, Azerbaycanda ümumi naxırın 50-60 %-ni ca- mış təşkil edib. Hətta SSRİ dövründə İttiafaq üzrə saxlanılan camışın 85 %-i Azərbaycanda idi. Qalan 15 %i İsə qonşu respublikalarda yaşayan yerli azərbaycanhlar tərəfindən bəslənilirdi. Yəni camış həmin respublikalara Azərbaycandan keçib, azərbaycanhlar apanb.
Baxış: 908