Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Ziyadxan Nəbibəyli
Çox-çox qədim dövrlərdən Azərbaycanda neft tez alışan, yanan bır maye kimi İnsanlara məlum idi. Yeni eradan öncə VI-IV əsrlərdə Azərbaycanda neft mədənlərinin olması haqqında məlumatlar mövcuddur. Abşeron nefti haqqında bir sıra ərəb və fars tarixçi alimlərinin yazıları da gilniimüzə qədər gəlib çıxmışdır. Atəşpərəstlik dini-mənəvi inancının Abşeronda, Şirvanda güclü olmasının səbəblərindən biri də Abşeronun Suraxanı kəndində yerdən alovun çıxması olub, günümüzə qədər yaşamaqdadır. Suraxanı “Atəşgahı” haqqında da bir çox qədimi tarixi məlumatlar isə bütün dünyaya məlumdur. Qədim İnsanların Suraxanı “Atəşgahı”nı ziyarəti haqqında da yazıh məlumatlar mövcuddur.VIII əsrdə yaşamış böyük səyyah Əbu-lshaq İstəxri Bakı əhlinin ocaqlarda neftli torpağın yandırılmasından söz açır. Ərəb tarixçisi Əhməd Balazurİ IX əsrin 2-ci yarısında, hətə 754-cü ildə Azərbaycan hökmdarının Şirvanda çıxarılan neft və duza görə əhalidən vergi aldığını yazır. Abşeronda neft hasilatına aid ən geniş məlumat X əsrə aiddir. Əsiən Venesİyalı olan Səyyah Makro Polonun yazdıqlarına görə XIII əsrdə Abşeronda xeyli miqdarda neft quyusu var idi,
Baxış: 851