Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Musa MUSAYEV, Əfqan MƏMMƏDOV

Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, əhalinin ekoloji təmiz, bioloji qiymətli ərzaqla, sənayenin isə xammalla təmin olunması həlli vacib bir problem kimi bütün dövrlərdə, bütün cəmiyyətlərdə öz ciddiliyi, kəskinliyi, zəruriliyi ilə xüsusi diqqət çəkib, gündəlikdə dayanıb. Çün­ki bir fərd olaraq insanın yaşayışı, gündəlik həyatı, məişəti, sağlamlığı, bütöv­lükdə isə həmin fərdlərdən ibarət cəmiyyətin özünün varlığı, tərəqqisi bir çox amillərlə aqrar sahə ilə sıx bağlıdır. Deməli, aqrar sahəni inkişaf etdirmədən cə­miyyətin normal həyatından, onun varlığından söz açmaq mümkün deyil.
Çoxdan bəlli olan bu aksioma insanı haqqında bəhs etdiyimiz problemin həllinə yönəlmiş axtarışlara, elmi tədqiqatlara, elmi araşdırmalara məcbur etmiş, nəticədə aqrar elmin inkişafının nüvəsinə, təkanverici qüvvəsinə çevrilmişdir.

Baxış: 792