Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Mahirə Nağı qızı Hüseynova
Açar sözlər: yemək, tarixi-etimoloji təhlil, ümumtürk dilləri, inteqrasiya, yemək adları, uyğunlaşma
Key words: meal, historical-ethimological analyses, turkish languages, integration, the name of the meals, adaptation
Ключевые слова: блюда, историко-этимологический анализ, общетюркские языки, интеграция, имена блюд, адаптация

Müasir dövrdə ümumtürk dillərinin kulinariya leksikasının mühüm tərkib hissələrindən olan yemək adlarının tarixi-etimoloji aspektdə öyrənilməsi, həmin leksik vahidlərin qədim abidələr və yazılı mənbələr əsasında türkdilli xalqlardakı izlərinin müqayisə, qarşılaşdırma və tutuşdurma yolu ilə təhlilə cəlb olunması olduqca böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. Qədim, zəngin, ortaq tarixi köklərə əsaslanan türkdilli xalqların kulinariya mədəniyyətləri qloballaşan dünyada özünəməxsus xüsusiyyətlərini qoruyub saxlayaraq müasir bəşər sivilizasiyasında öz layiqli yerini tutmaqdadır. Yemək adlarının tarixi-etimoloji istiqamətdə təhlilinin əhəmiyyəti təkcə kulinariya sahəsində çalışan mütəxəssislərin ehtiyacını ödəməklə məhdudlaşmır, eyni zamanda türkdilli xalqların tarixlərinin, mədəniyyətlərinin ortaq bir kökə malik olduğunu da sübuta yetirir. Türkdilli xalqların çox zəngin və qədim süfrə mədəniyyəti daimi insanları heyran etmiş, qohum xalqlara aid yemək adlarının dünya mədəniyyəti xəzinəsinə daxil olması üçün əhəmiyyətli işlər görülməsinə baxmayaraq hələ də tarixi- etimoloji istiqamətdə türkologiya elmində yemək adlarının dərindən tədqiqinə ehtiyac duyulmaqdadır. Bunları nəzərə alaraq türkdilli xalqlarda mövcud olan bəzi yemək adlarını tarixi-etimoloji aspektdə aşağıdakı kimi təhlil etməyə çalışdıq.
Baxış: 1238