Arxiv
ELMİ İŞ - 2025
Müəlluf: Zərifə Bayram qızı Məmmədova, Zərifə İsmayıl qızı Avilova
Açar sözlər: dil, termin, leksik vahid, anlayış, təhlil
Key words: language, term, lexical unit, conception, analiz
Ключевые слова: язык, термин, лексическая единица, понятие, анализ
Açar sözlər: dil, termin, leksik vahid, anlayış, təhlil
Key words: language, term, lexical unit, conception, analiz
Ключевые слова: язык, термин, лексическая единица, понятие, анализ
Terminologiya fondunun zənginləşdirilməsi və təkmilləşdirilməsi üçün ən əlverişli yol bu dilin öz lüğət tərkibi, öz daxili imkanları əsasında terminlərin yaradılmasıdır. Ona görə də elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən, birinci növbədə ana dilimizin daxili imkanlarından istifadə etmək lazımdır. Azərbaycan dili qədim və zəngin dillərdən biridir. Bu dildə indiyədək elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrinə aid terminologiya formalaşmışdır. İnformatika terminlərinin yaranması üçün Azərbaycan dili hər cür zəngin imkanlara malikdir. Lakin bəzən Azərbaycan dilində informatika terminlərinin yaradılmasını başqa dillərə, xüsusilə rus və ingilis dillərinə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilməsi kimi başa düşürlər. S.A.Sadıqova yazır: “Belə bir yanlış təsəvvür nəticəsində indiyədək terminoloji lüğətlərdə ciddi nöqsanlara yol verilmişdir. Əslində isə terminlərin yaradılması hər bir dilin özünəməxsus olan söz yaradıcılığı prosesidir” [13, s. 10].
Baxış: 1037