Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məfkurə Salam qızı Hüseynova
 
Açar sözlər: Azərbaycan dili, nitq, nitqin əsas keyfiyyətləri, norma, üslub
Key words: Azerbaijani language, speech, main qualities of speech, norm, style
Ключевые слова: азербайджанский язык, речь, основные качества речи, норма, стиль 

Müasir Azərbaycan dili əsrlərlə inkişaf yolu keçib bu günümüzə kimi qorunub saxlanan bir sərvətdir. Müstəqil ölkənin vətəndaşı olaraq bizim qarşımızda duran vəzifələrdən biri də məhz bu sərvətə sahib çıxmaqdır. Sahib çıxmaq ifadəsi abstrakt bir ifadə deyil. O özündə ilk növbədə dilimizin saflığının qorunmasını ehtiva edir. Cənab Prezidentin «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlər birbaşa dilimizin saflığının qorunması və inkişafına yönələn məsələlərdir. Sadalanan məsələlər ilk növbədə dilimizin ayrı-ayrı sahələri üzrə elmi tədqiqləri bir daha aktuallaşdırır. 


Baxış: 1804