Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Çimnaz Həsən qızı Vəliyeva

Açar sözlərbeynəlmiləl sözlər, fransız mənşəli sözlər, alınma sözlərin mənimsənilməsi, dillərarası əlaqə
Ключевые слова: интернационализмыслова французского происхождения, адаптация заимствований, межъязыковые контакты.
Key vords: international words, words derived from French, adaptation of borrowings, interlanguage contact. 

Dil cəmiyyətin ən mühüm ünsiyyət vasitəsidir. Dünyada gedən qloballaşma prosesi, cəmiyyətin iqtisadi, sosial və mədəni səviyyədə inkişafı, beynəlxalq münasibətlərin genişlənməsi, ölkənin coğrafi şəraiti, tarixi faktorlar və sair amillər müxtəlif dillərin bir-birilə yaxınlaşmasına və zənginləşməsinə səbəb olur.  Heç bir mədəniyyət, heç bir dil digərlərindən təcrid olunmuş halda inkişaf etmir, hər bir dil və hər bir mədəniyyət öz daxilində gedən inkişafın, eləcə də digər xalqların mədəniyyətləri ilə mürəkkəb qarşılıqlı əlaqələrin nəticəsidir. Dillərin inkişafı onların lüğət tərkibinin artması və genişlənməsi hesabına baş verir. Bu inkişaf dilin öz milli bazası, yəni lüğət fondu hesabına və leksik alınmalar hesabına baş verə bilər. Məlumdur ki, sözalma prosesi istənilən dilin leksik fondunu zənginləşdirən mühüm və universal bir vasitədir. Bütün dünya dilləri kimi Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində də alınma sözlərin xüsusi rolu var. 


Baxış: 5680