Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Qəzənfər Şirin oğlu Kazımov

Açar sözlər: Albaniya, Bizans, Xilafət, Babək, Qərbi Azərbaycan, Qarabağ, xəyanət
Key words: Albania, Byzantine, Caliphate, Babek, West Azerbaijan, Karabakh, betrayal
Ключевые слова: Албания, Византия, Халифат, Бабек, Западный Азербайджан, Карабах, предательство

Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəri Ziya Bün­­yado­vun yazdığı kimi, Azər­baycanın X əsrə qədərki vəziy­yəti ba­rə­­də mə­lu­mat almağa imkan ve­rən yeganə yer­li mənbə hesab olu­nur 1
Əsər üç kitabdan ibarət olub, daha çox V əsrdən X əsrə qə­­dər­­ki ha­disələri əha­tə edir. Müəllifi mübahisəlidir. Mütəxəs­sis­lə­rin fikrincə, ikinci, üçüncü kitablar X əsrdə, birinci kitab VII əsr­də ya­zılmışdır2. La­kin bi­zim fikrimizcə, birinci və ikinci ki­tab­larVII əsr­­­də, üçüncü kitab X əsrdə yazılmışdır. Bir sıra epi­­zodlar göstərir ki, birinci kitabın müəllifi ikinci kitabdakı bir çox hadisə­lər­də şəx­sən iştirak et­­miş­dir. İkinci kitabın on doqquzuncufəs­lin­də oxu­yu­ruq: «Mən hə­qiqəti gizlətmirəm və deyirəm: o gün Ca­­vanşir ba­la­la­rını itirmiş di­şi ayı kimi  çox qəzəbləndi və hid­dət­lən­di». Xe­yirxah və cə­sur ka­to­­likos Vironun Bərdə yaxın­lı­ğın­­­da düşərgə sal­mış xə­zər­­lə­rin ça­dı­rına necə daxil oldu­ğunu müəllif belə təsvir edir: «Biz on­ların ça­dırın içində bar­daş qurub otur­duqlarını gördük, elə bil, ağır yük­­lən­miş dəvələr oturmuş­du»3. Bu misallar hadisə­lər­də müəl­lifin iş­ti­ra­kı­nı göstərir. Z.Bün­­­­­yadov da bu cəhəti duymuş, bi­rin­ci misaldakı mən sö­zün­dən son­ra «yə­ni müəllif», ikinci misal­dan son­ra «Bura­da, de­yə­sən, mü­əllif özü də ol­muşdur»4 - sözlərini yaz­­mış­dır.

Baxış: 939