Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Rəşad Fikrət oğlu Seyidov
Açar sözlər: Azərbaycan, Ermənistan, Türkiyə, İrəvan, Andronik, ərazi, terrorçuluq
Key words: Azerbaijan, Armenia, Turkey, Yerevan, Andronicus, area, terrorism
Anahtar kelimeler: Azerbaycan, Ermenistan, Türkiye, Andranik, bölge, terörizm

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən qonşu ölkələrlə dinc münasibətlərin qurulması istiqamətində fəaliyyətə başlamışdı. Digər qonşu ölkələrdən fərqli olaraq Ermənistan ilə münasibətlər ermənilərin təcavüzkarlıq siyasətinin nəticəsi olaraq getdikcə gərginləşirdi. Türkiyənin I Dünya Müharibəsindəki məğlubiyyəti ermənilərin yenidən Azərbaycan və Türkiyə ərazisində fəallaşmasına səbəb oldu. “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq ideyalarını daha açıq şəkildə ortalığa qoyaraq mübarizəni genişləndirdilər. Y.V.Çəməzəmənli bu haqda yazırdı: “böyük Ermənistan xəritəsini gördüm. 3 dənizin ortasında təşəkkül edəcəkmiş. Ağ, Qara və Xəzər dənizlərinin ortasında. Xəritəyə Salyan, Lənkəran, Gəncə və başqa şəhərlər də daxil edilmişdi” [5, 37]. Cümhuriyyət qurulmamış ermənilərin törətdikləri qırğınlar Cümhuriyyət qurulduqdan sonra da davam etdirilirdi. Ermənilər Qarabağın dağlıq hissələrinə, Zəngəzur və Naxçıvana iddia edirdilər.
Baxış: 978