Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Sultan Qurban oğlu Niftəliyev
Açar sözlər: KOS, iqtisadiyyat, biznes,investisiya, ASC
Keywords: Small to medium business, Economy, Business, İnvestment, Open Joint Stock Company
Ключевые слова: Экономика, Бизнес, Инвестиции, Малый и средний бизнес, Открытое Акционерное Общество
Açar sözlər: KOS, iqtisadiyyat, biznes,investisiya, ASC
Keywords: Small to medium business, Economy, Business, İnvestment, Open Joint Stock Company
Ключевые слова: Экономика, Бизнес, Инвестиции, Малый и средний бизнес, Открытое Акционерное Общество
Hər bir ölkənin biznes və investisiya mühitinin vəziyyəti həmin ölkənin xarici investisiyalar cəlb etmək və kiçik və orta müəssisələri inkişaf etdirmək qabiliyyətini müəyyən edən başlıca amildir. Transmilli müəssisələr sağlam biznes mühitinə malik, yəni xərclərin, gecikmələrin və riskin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı üstün tuturlar. Bundan əlavə, kiçik və orta müəssisələrin inkişaf etmək şansı müxtəlif vergi və tənzimləmələrlə yüklənməmiş bir mühitdə daha yüksəkdir. Dünya Bankının veb-səhifəsində bu məsələ bu cür ifadə olunur: “Səmərəli investisiya mühiti hər bir ölkənin öz iqtisadi inkişafına təkan vermək strategiyasının zəruri dayağıdır. Öz növbəsində, bu strategiya əməyin daha məhsuldar olması və kasıb insanların daha yüksək gəlir əldə etməsi üçün imkanlar yaradır”. Azərbaycanda da son dövrlərdə, xüsusən də 2014-cü ildən sonra “Post-neft dövrünün başlanğıcında” sahibkarlıq mühitinin inkişafı üçün bəzi mexanizmlər düşünülmüşdür. Bu baxımdan, bəzi KOS-ların yaradılması, müəssisələrin qeydiyyatı və vergilərin idarəedilməsində bəzi irəliləyişlər müşahidə olundu. Fərdi sahibkarlığın sayının artmasına baxmayaraq, KOS-ların ölkə iqtisadiyyatında rolu hələ də məhduddur, KOS-ların ümumi iqtisadiyyata əlavə etdiyi dəyər müzakirə məsələsidir.
Baxış: 1042