Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Ülkər Arif qızı Cəfərova
Açar sözlər: neologizmlər, neologizmlərin növləri, neologizmlərin yaranma səbəbləri
Key words: neologisms, the types of neologisms, the causes of neologisms
Ключевые слава: неологизмы, виды неологизмов, причины неологизмов

Neologizmlər dilin leksik tərkibində əhəmiyyətli rol oynayır. Həm nəzəri, həm gündəlik nitqimizdə işlədilən sözlərin içində bizə yeni olan ifadə və sözlər vardır. Bu mənada mövzumuz aktuallıq kəsb edir.
Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bütün bunları nəzərə alaraq B.Xəlilov işlənmə dairəsinə görə müasir Azərbaycan dilində aşağıdakı söz qruplarını fərqləndirir:
1) ümumişlək: hamı tərəfindən başa düşülən sözlər;
2) məhdud dairədə işlədilən sözlər: dialektizmlər, köhnəlmiş sözlər, neologizmlər, vulqarizmlər, loru sözlər, jarqon və arqo sözlər;
3) xüsusi sözlər: terminlər, peşə-sənət sözləri.[2, 230]
Baxış: 2339