Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Zərifə Fərhad qızı Feyzullayeva
Açar sözlər: elm, jurnalistika, informasiya, elmi jurnalistika, KİV, tarix
Key words: science, journalism, information, scientist, article, scientific journalism, mass media, history
Ключевые слова: наука, журналистика, информация, научная журналистика, средства массовой информации, история

Bir çox elm tarixçisi elmin bəşər tarixi qədər qədim olduğunu irəli sürür. Ən qədim dövrlərdən bəri insanlar ətraf mühiti müşahidə etmiş, yaşadıqları mühiti dərk etməyə çalışmış və təbiətlə qarşılıqlı münasibətdə olmuşlar. Qədim dövrlərdə insanlar yazı, kəsmə vasitələri, təkərlər, ilk əkinçilik vasitələri icad etdilər. Elm ilk dəfə nə İntibah dövründə, nə də Qərb dünyasında ortaya çıxdı. Onun kökləri ibtidai cəmiyyətlərin həyatına qayıdır. İnsanlar yaşamaq və təbiətə qarşı mübarizədə uğur qazanmaq üçün təbiət haqqında bilmək istəyirdilər. İnsanların bilmək istəyi, elmin yaranması adına atılan ilk addımlar hesab olunur. İnsanın mövcud olduğu gündən bəri kainatda baş verənləri anlamaq, onun sirlərini həll etmək, təbiəti idarə etmək və daha rahat və daha təhlükəsiz bir həyat sürmək istəyi elmin yaranmasına zəmin hazırlamışdır. Başqa sözlə, elmin tarixinin qədim dövrlərə, ibtidai əsrlərə təsadüf etdiyini söyləmək olar.
Baxış: 1134