Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Rəşid Əmənulla oğlu Fətəliyev

Açar sözlər: Səməd Vurğun, “Azərbaycan” şeiri, Vətən, vətənpərvərlik
Key words: Samad Vurgun, “Azerbaijan” Poetry, Homeland, Patriotism
Ключевые слова: Самед Вургун, стихотворение «Азербайджан», Родина, патриотизм

Bəzən yazıçılar, şairlər elə bil irəlicədən duyurmuşlar kimi, əsərlərində öz gələcək talelərini üstüörtülü şəkildə əks etdirmişlər. Çox ehtimal ki, S.Vurğun da öz gələcək taleyinin bəzi cizgilərini "Azərbaycan" şeirində qeyd etmişdi. Şeirin dördüncü bəndində o, saçlarına vaxtsız dən düşməsindən və gələcəkdə qınanılmasından söz açmışdı. Bu şeiri 28 yaşı olan şair niyə belə yazmalıydı, onu narahat edən nə idi? Maraqlıdır, nədən onun bu ən məşhur şeiri məhz 22 bənddən ibarətdir? Cəmi 50 il yaşayan həssas şair bəlkə bu şeirlə, sövqi-təbii olaraq, qalan 22 illik ömrünün gizli işarəsini, şifrəsini vermişdi? Bu təsadüfdür, yoxsa mistika? – demək çətindir. Rəqəmlərlə bağlı hər hansı inancım olmasa da, burada düşündürücü məqamların varlığı mümkündür. Əminəm ki, onun yaradıcılığında sirləri açılmamış hələ çox laylar var, amma təqdim olunan yazının məqsədi, bu bənzərsiz şeirə bir qədər fərqli rakursdan baxıb, onu təbiət mütəxəssisinin gözü ilə incələməkdir.

Baxış: 2401