Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Günel Bağır qızı Bağırova


Açar sözlər: əqli gerilik, sosial-mədəni inkişaf, emosional-iradi sfera, nitq, sosial-perseptiv vərdişlər
Key words: mental retardation, socio-cultural development, emotional and spatial field, speech, social and perspectives
Kлючевые словa: умственная отсталость, социокультурное развитие, эмоционально-сферическая сфера, речь, социально-перспективные навыки

Əqli cəhətdən geri qalan uşaqları öyrənən tədqiqatçıların əksəriyyəti bu kateqoriyadan olan uşaqlarda sosial-mədəni inkişaf çətinliklərini ünsiyyət təlabatlarının formalaşmasının mürəkkəbliyi ilə əlaqələndirirlər. Bu uşaqlar digər uşaqlarla, hətta öz yaxınları ilə ünsiyyətə maraq göstərmirlər. Digər uşaqlarla qarşılıqlı fəaliyyət təlabatının olmaması onlarda kommunikativ və sosial vərdişlərin formalaşmasını xeyli çətinləşdirir. Lakin əqli cəhətdən geri qalan uşaqların sosial inkişafının xüsusiyyətlərini aşkarlamaq üçün mütləq onların erkən ontogenez mərhələsini araşdırmaq lazımdır. Əqli cəhətdən geri qalan 3-4 yaşlı uşaqlar demək olar ki, köməksiz olur, onlarda ən sadə özünəxidmət, sanitar-gigiyenik vərdişlər formalaşmamış olur, onlar kənardan kömək olmazsa, müstəqil yemək, soyunmaq, yuyunmaq və s. bacarmırlar. Uşaqlar böyüklərlə, öz həmyaşıdları ilə ünsiyyətə girmirlər. Bu onların çoxunda təkcə nitqin inkişadan geri qalması və ya heç olmaması ilə deyil, həm də verbal öncəsi mərhələdə ünsiyyət formasının məsələn, uşaqla böyüklərin birgə uşaqların əksəriyyətində situativ-şəxsiyyət və emosional ünsiyyət pozulması böyüklərlə birgə əşya və əşya-oyun fəaliyyəti prosesində meydana çıxan situativ-işçi əlaqələrinin, həmçinin situativ-işçi əlaqələrinin yaranmaması bağlıdır.

Baxış: 1870