Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Afaq Gülağa qızı Salamzadə

Açar sözlər: foniatriya, larinqoskopiya, həkim-foniatr, fonasiya
Key words: phonetics, laryngoscopy, doctor phonatologist, phonation 
Ключевые слова: фониатрия, ларингоскопия, врач-фонист, фонасии

Qədim dövrlərdən bəri səsin öyrənilməsi problemlərinə həsr olunmuş elmin formalaşması prosesləri izlənilir. İnsanın nitqi və ünsiyyət vasitəsi kimi səsi həmişə sıx vəhdətdə nəzərə alınmışdır.
Ritorika, düzgün nitqin, möhkəm, gözəl səsin, düşüncələrin məntiqi şəkildə ifadə edilməsi və polemikanın inandırıcı şəkildə aparılması kimi vəzifələri özündə cəmləşdirən bir nizam – intizamdır. Qədim Yunanıstanın təhsil sistemində ritorika mühüm yer tutur. Demosfenin adı(e.ə.384-322) tarixə yalnız Qədim Yunanıstanın böyük natiqinin adı kimi deyil, xüsusi hazırlıq köməyi ilə öz nitqindəki qüsurları aradan qaldırmağı bacaran bir adamın adı kimi düşdü. Hippokrat (e.ə. 460-370), Aristotel (e.ə. 384-322), Qalen (e.ə. 130-200) insanların nitqindəki qüsurları araşdırdılar.

Baxış: 990