Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Qurbanzadə Fəxri Siyavuş oğlu
Açar sözlər: Abxaziya, Gürcüstan, Rusiya, etnik konflikt
Key words: Abkhazia, Georgia, Russia, ethnic conflict 
Ключевые слова: Абхазия, Грузия, Россия, этнический конфликт
 

Münaqişələr dünyada qeyri-sabitliyin əsas faktorlarından biridir. Olduqca müxtəlif olan münaqişə tipləri arasında etnik və ərazi münaqişələri xüsusi yer tutur. Bu baxımdan Qafqaz regionu dünyanın ən qaynar nöqtələrindən biridir. Bu gün burada 50-dən artıq etnosun nümayəndələri yaşaşır. Bu etnik-ərazi münaqişələri polietnik region olan Cənubi Qafqaz üçün xüsusi təhlükə yaradır. Cənubi Qafqazda sabitliyin pozulmasının və millətlərarası gərginliyin artmasının əsas səbəblərindən biri də Abxaziya seperatizmidir. 
Gürcüstan sərhədləri daxilində yerləşən Abxaziya Muxtar Respublikası Qara dəniz ilə Böyük Qafqaz sıra dağlarının arasında 8,6 min kv. km-lik bir əraziyə malikdir. Əhalisi təx. 250 min nəfərdir. Paytaxtı Suxumi şəhəridir. Abxaziya Qaqra, Qali, Qudauta, Qulpriş, Oxamçira və Suxumi olmaqla 6 rayondan ibarətdir. Şimalda Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası, şərq və cənub-şərqdə Gürcüstan ilə həmsərhəddir. Əhalisinin 20%-i abxazlardan, digər qalanı isə gürcülər, rus, erməni və rumlardan ibarətdir. Abxaziyanın ərazisinin dağlıq olması səbəbindən bölgədə yaşayan əhali ətraf ölkələrdə baş verən hadisələrdən o qədər də təsirlənmir. Bu vəziyyət həmçinin abxazların öz adət- ənənələrini uzun müddət qorumağa imkan vermişdir.


Baxış: 1288