Arxiv
Elmi iş - 2024
Nərmin Nizami qızı Cəfərova
Bakı Slavyan Universiteti
dissertant
ndjafarova@gmail.com
AKP İQTİDARI DÖVRÜNDƏ TÜRKİYƏ-İRAQ SİYASİ MÜNASİBƏTLƏRİNƏ DAİR
Xülasə
Məqalədə Türkiyənin xarici siyasətində İraq faktoru və onun spesifik, geosiyasi aspektləri araşdırılır. Burada AKP hökumətinin regional siyasətində İraq faktoru dəyərləndirilir, regional qeyri-sabitlik kontekstində Türkiyə-İraq münasibətlərinin inkişafının əsas problemləri və tenden-siyaları təhlil edilir, İraqdakı kürd problemi araşdırılır.
Burada müəllif tərəfindən İraqın coğrafi, geosiyasi və geoiqtisadi (enerji) mövqeyi və qonşuluq əlaqələri, həmçinin terror təşkilatı PKK-nın İraqdan Türkiyəyə yönəlik hərəkətlərinin qarşısını almaq zərurəti, Kərkük problemi, türkmənlərlə bağlı haqsızlıqlar, federal strukturun ortaya çıxması ilə İraq Kürdüstanı bölgə hökumətinin faktiki muxtariyyətdən rəsmi hüquqi statusa keçməsi, İraqın vahid strukturunun qorunması zərurəti və digər məsələlərin Türkiyənin xarici siyasətində İraq amilinə xüsusi özünəməxsusluq verdiyi fakt və arqumentlər əsasında göstərilir.
Beləliklə, məqalədə Türkiyənin xarici siyasətində İraq faktoru kompleks şəklində siyasi aspektdən təhlil edilir.
Açar sözlər: AKP,Türkiyə, İraq, siyasi münasibətlər,Türkiyə - İraq Əməkdaşlıq Şurası
On Turkey-Iraqi political relations under AKP power
Summary
The article examines the Iraqi factor in Turkey's foreign policy and its specific, geopolitical aspects. It assesses the Iraqi factor in the regional policy of the AKP government, analyzes the main problems and trends in the development of Turkish-Iraqi relations in the context of regional instability, studies the Kurdish issue in Iraq.
The author discusses Iraq's geographical, geopolitical and geoeconomic (energy) position and neighborly relations, as well as the need to prevent the terrorist organization PKK from moving from Iraq to Turkey, the Kirkuk problem, injustices against the Turkmen, The transition to legal status, the need to preserve the unified structure of Iraq and other issues are based on the facts and arguments that give a special character to the Iraqi factor in Turkey's foreign policy.
Thus, the article analyzes the Iraqi factor in Turkey's foreign policy from a complex political point of view.
Key words: AKP, Turkey, Irak, political relations, Turkey-Iraq Cooperation Council
Baxış: 533