Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/32/122-128

Əsəd İsgəndərov

Azərbaycan Universiteti

magistrant

iesed@bk.ru


AUDİOMETRİK MÜAYİNƏLƏRİN NƏTİCƏLƏRİNİN KOMPÜTER EMALININ  ALQORİTMİ VƏ PROQRAM TƏMİNATI


Xülasə

Məqalədə, insanın eşitməsinin müayinəsi üçün tətbiq olunan ən müasir audiometrik cihazlar vasitəsilə aparılan ölçmələrin nəticələrinin kompüterdə ətraflı təhlilinin aparılması üçün nəzərdə tutulmuş alqoritm və proqram təminatının  strukturuna baxılmışdır. Audiometrik məlumatların kompüterə ötürülməsi, qəbulu, kompüterdə emalı, yadda saxlanılması və arxivləşdirilməsi mexanizmləri təhlil edilmişdir. Ən müasir müayinə cihazları olan AA-02 tipli audiometri və Aİ-02 tipli timpanometr vasitəsilə alınan müayinə nəticələrinin kompüterdə emalının üstünlükləri, fərqli xüsusiyyətləri və bu cihazlarla aparılan kompüterləşdirilmiş müayinələrin perspektivləri tədqiq edilmişdir. Audiometrik müayinənin əsas məqsədi eşitmə səviyyəsinin ölçülməsi və ola biləcək eşitmə zəyifliyinin dərəcəsinin təyin edilməsi və mümkün həll variantlarının seçilməsidir. Audiometrik müayinə üçün nəzərdə tutulmuş testləri yerinə yetirmək üçün ilkin olaraq, tədqiqat səs-küysüz bir otaqda aparılmalıdır. Tərtib olunmuş alqoritmə uyğun olaraq müayinə nəticələrinin cihazın köməyilə aparılması və müayinə nəticələrinin kompüterdə emalı təmin olunur. İstənilən audiometrin əsas funksional bloklarından biri səs tezlik diapazounun geniş intervalında, tezliyi və intensivliyi geniş intervalda dəyişdirilə bilən təmiz səs dalğaları hasil edən səs generatorlarıdır.

Açar sözlər: Audiometrik müayinə, eşitmə hissi, audiometrik məlumatların kompüterə ötürülməsi, audimetriya cihazı, eşitmə səviyyəsinin ölçülməsi, eşitmə zəifliyi, norma


Asad Isgandarov

Azerbaijan University

master student

iesed@bk.ru


Computer processing of the results of audiometrical examinations 

algorithm and software


Abstract

In the article, the structure of the algorithm and software designed for the detailed analysis of the results of the measurements carried out by means of the most modern audiometric devices used for the examination of human hearing was considered. The mechanisms of audiometric data transmission, reception, computer processing, storage and archiving were analyzed. The advantages of computer processing of examination results obtained by means of the most modern examination devices AA-02 type audiometer and AI-02 type tympanometer, different features and perspectives of computerized examinations conducted with these devices were studied. The main purpose of the audiometric examination is to measure the level of hearing and to determine the degree of possible hearing impairment and to choose possible solutions. In order to carry out the tests intended for audiometric examination, initially, the study should be carried out in a noise-free room. In accordance with the developed algorithm, the examination results are carried out with the help of the device and the examination results are processed on the computer. One of the main functional blocks of any audiometer is sound generators that produce pure sound waves in a wide range of the sound frequency range, whose frequency and intensity can be changed over a wide range.

Keywords: audiometric examination, sense of hearing, transfer of audiometric data to computer, audiometry device, hearing level measurement, hearing impairment, normal hearing



Baxış: 292