Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2020/57/105-108
Elçin Fərhad oğlu Osmanov
Bakı, Azərbaycan
osman.elchin@gmail.com

AZƏRBAYCANDA ƏLVERİŞLİ BİZNES MÜHİTİNİN TƏMİN OLUNMASI VƏ BİZNESİN
İDARƏ OLUNMASININ KONSEPTUAL ƏSASLARI
Xülasə
Azərbaycan dövlətinin ən mühüm məqsədlərindən biri Avropa strukturlarına inteqrasiya etməkdən ibarətdir. Buradan da əlverişli igüzar mühitin həyati vacib kəsb etməsi meydana çıxır. Bu gün Azərbaycanın əsas vəzifələrindən biri investisiyaların diqqətini qeyri-neft sektorunun inkişafına yönəltməkdən, eləcə də kiçik və orta sahibkarlarla transmilli korporasiyalar arasında franşiz və kooperasiya əlaqələrini inkişaf etdirməkdən ibarətdir. Ötən illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının tekmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin şebekəsinin genişləndirilməsi öz bəhrəsini verib. Məqalədə Azərbaycanda biznes mühitinin təşkil olunmasının konseptual əsasları və Biznes mühitinin yaradılması ilə bağlı dövlətin apardığı prioritet istiqamətlər göstərilmişdir. 

Açar sözlər: sahibkarlıq, inkişaf, innovasiya, biznes mühiti, idarəetmə, infrastruktur




Baxış: 803