Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Sövdəyar Muradov
Açar sözlər: Azərbaycanda, Rəşidəddin Fəzullah, Rəb-e Rəşidi, xəstəxana, əcz axana, tibb, tələbələr, batman, dərman, həkim.
Azərbaycanda təbabət elmi çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, ХШ əsrdə Yaxın və Orta Şərqdə ilk dəfə Azerbaycanda tibb fakültəsi təşkil edilmişdi. Mədəniyyət və incəsənətin inkişafı baxımından XII yüzillik, «qızıl əsr» kimi qeyd olunurdusa, ХШ əsrin sonu XIV əsrin əvvəllərini Azərbaycanda dəqiq və humanitar elmlərin, o cümlədən təbabət elminin inkişafı baxımından «qızıl dövr» adlandırmaq olar.
XIII yüzilliyin sonlannda Elxanilər dövləti dövründə Azərbaycanın paytaxtı Təbriz şəhəri də daxil olmaqla mədəniyyət və iqtisadi inkişaf baxımından çiçəklənmə dövrü hesab olunur. Bu dövrdə müxtəlif sahələrdə elmi kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilirdi. Elxanı hökmdan Qazan xan (1295-1304) Təbrizin cənub-qərbində Şam Qazan şəhərciyini saldırır. Orada rəsədxana, mədrəsə, xəstəxana təsis edilir. Dövrünün görkəmli dövlət xadimi, alim, tarixçi, həkim, bir sözlə, ensiklopedik yaddaşı olan, Qazan xanın vəziri Rəşidəddin Fəzlullalı (1247-1318) Təbrizin şimal-şərqində saldırdığı Rəb-e Rəşidi adlı şəhərcikdə universitet, o cümlədən, tibb institutu, xəstəxana, kitabxana, mədrəsə təsis etmiş, Şam Qazanda «Dar-üş-şəfa» (şəfa evi) adlı xəstəxana tikdirmişdir. Orada ümumi xəstəliklər üzrə həkimlərdən əlavə, göz həkimləri, cərrahlar çalışırdı.
Baxış: 1002