DOI: https://doi.org/10.36719/2706-6185/32/98-103

Yusif Zeynalov 

Xəzər Universiteti

magistrant

yusif.zeynalov.2016@mail.ru


AZƏRBAYCANDA RƏQƏMSAL BANKÇILIQ TENDENSİYALARININ TƏDQİQİ


Xülasə

Bank xidmətlərinin və ümumilikdə kommersiya banklarının fəaliyətlərinin rəqəmsallaşması məsələləri getdikcə öz aktuallığını artırmaqdadır. Məqalənin əsas məqsədi məhz bankların rəqəmsallaşmasının əsaslarını tədqiq etmək və Azərbaycanda rəqəmsal bankçılıq tendensiyalarını araşdırmaqdır. Məqalənin yazılmasında analiz, sintez və həmçinin statistik təhlil tədqiqat metodları tətbiq olunmuşdur. Məqalə bank sahəsinin rəqəmsallaşması istiqamətində tədqiqat aparan müəlliflər, magistr və həmçinin doktorantura tələbələri üçün nəzəri resurs rolunda çıxış edə bilər. Hazırda innovativ inkişaf bank sənayesində dayanıqlı artımın və eyni zamanda məhsuldarlığın yüksəldilməsinin açarı rolunda çıxış edir. Bank sənayesinin rəqəmsal transformasiyası cari dövrdə məhz daxili proseslərin modernləşdirilməsini və həmçinin müştərilərlə qarşılıqlı əlaqələrin yenilənməsini, mövcud məhsullarda və paralel olaraq xidmətlərdə innovasiyaların tətbiqini, habelə müştəri xidmətinə olan cari yanaşmanın dəyişdirilməsini nəzərdə tutur. Sadalanan proseslər yeni müştərilərin cəlb edilməsinə, bankın mövcud tranzaksiya xərclərinin aşağı salınmasına, bununla yanaşı olaraq xidmət xərclərinin azalmasına gətirib çıxarmaqdadır ki, bu da öz növbəsində prioritet olaraq müştəri xidmətinin keyfiyyətini yüksəltməklə bankın rəqabət qabiliyyətinin getdikcə stabil dinamika əsasında artmasına öz töhfəsini vermiş olur.

Açar sözlər: rəqəmsallaşma, rəqəmsal bankçılıq, bankların transformasiyası, rəqəmsal ödənişlər, bankların rəqəmsallaşmas


Yusif Zeynalov 

Khazar University

master student 

yusif.zeynalov.2016@mail.ru


Research of digital banking trends in Azerbaijan


Abstract

The concerns surrounding the digitization of banking services and the operations of commercial banks as a whole are growing in significance. The primary objective of this article is to analyze the fundamentals of bank digitalization and digital banking developments in Azerbaijan. In composing the article, statistical analysis, synthesis, and analysis were all utilized as research methodologies. Authors and doctoral and master's level scholars conducting research in the domain of banking digitization may find this article to be a valuable theoretical resource. Presently, innovative development is the critical factor underlying the banking industry's sustainable growth and productivity. At present, the banking sector is undergoing a digital revolution that encompasses the modernization of internal operations, the revitalization of customer interactions, the concurrent introduction of novel products and services, and a revision of the prevailing customer service methodology. The aforementioned procedures result in the acquisition of fresh clientele, the mitigation of the bank's existing transaction expenses, and the reduction of service charges. Consequently, this enhances the bank's competitive edge by prioritizing the improvement of customer service quality amidst a much more stable business environment.

Keywords: digitization, digital banking, bank transformation, digital payments, bank digitization


Baxış: 277