Ceyran Quliyeva
Bakı Dövlət Universiteti
bakalavr
BEYNƏLXALQ SİYASİ MÜNASİBƏTLƏRİN DÜNYADA ROLU
Xülasə
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər.
1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi. Lakin Kolumbiya konqresi bu müqaviləni rədd etdi. Belə olduqda ABŞ Kolumbiyaya təzyiq göstərərək orada dövlət çevrilişi etdi. ABŞ-ın yardımı ilə Panama respublika elan edildi. ABŞ Panama Respublikasının müstəqilliyini tanıyaraq onunla münasibətlər qurdu. Kanal 1914-cü ildə istifadəyə verildi.
XX əsrin əvvəllərində ABŞ-ın nüfuzu Karib dənizi hövzəsi ölkələrində genişləndi. ABŞ hökuməti bu ölkələrin iqtisadi, siyasi və hərbi inkişafı üçün onlara kreditlər ayırdı. ABŞ-ın bu siyasəti "dollar diplomatiyası" adını aldı.
XX ərin əvvəllərində maliyyə və diplomatik yardımlar hesabına Yaponiyanın Uzaq Şərqdə fəallığı artdı. 1904-cü ildə Yaponiya Rusiya ilə müharibəyə başladı. Müharibədə rus hərbi-dəniz donanması darmadağın edildi və Rusiya acınacaqlı məğlubiyyətə uğradı. Rusiyanın məğlubiyyətinin əsas səbəbləri çarizmin çürüklüyündə, iqtisadi, siyasi, hərbi, diplomatik və mənəvi cəhətdən müharibəyə hazır olmamasında idi. Rusiya 1905-ci ildə ABŞ-ın Portsmut şəhərində Yaponiya ilə sülh müqaviləsi imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə görə, Rusiya Lyaodun yarımadasını, Port-Arturu, Cənubi Mancuriya dəmiryolunu, onunla birlikdə bütün Cənubi Mancuriyanı, Saxalin adasının cənub hissəsini Yaponiyaya verdi və Koreyada Yaponiyanın üstün nüfuzunu qəbul etdi. Beləliklə, Uzaq Şərqdə Rusiyanın nüfuzu xeyli aşağı düşdü.
XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə mühüm yer tutan məsələlərdən biri də Mərakeş böhranıdır. Afrikanın bölüşdürülməsi nəticəsində Fransa Mərakeşin qərb hissələrinə sahib oldu. Fransa-İtaliya danışıqları nəticəsində Cəbəllütariq boğazı İspaniyaya, Mərakeşin qalan hissəsi isə Fransaya verilməli idi.
Almaniya Mərakeşin müstəqilliyini qorumaq adı ilə 1905-ci il martın 31-də Mərakeşin Tancer limanına gəmilərini göndərdi, II Vilhelm Mərakeşin müstəqil olduğunu bildirdi. Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəllərində İspaniyanın Alxesiras (Əl-xəsiras) şəhərində keçirildi.
Konfransda Almaniyanın iddiaları rədd olundu. Mərakeşin polis orqanlarının yaradılması Fransa və İspaniyaya tapşırıldı. Mərakeş boğazlarına nəzarət Fransa, İngiltərə, Almaniya və İspaniyanın təsiri altına düşdü. Lakin Almaniya bu nəticələrdən razı qalmadı.
Açar sözlər: münasibətlər, region, beynəlxalq, siyasi, dünya
Jeyran Guliyeva
Baku State University
undergraduate
The role of international political relations in the world
Abstract
International relations is a branch of political science that studies the relations of states with each other in the international system, as well as with international intergovernmental organizations (IGOs), transnational corporations (TNCs) and other non-state actors. At the beginning of the 20th century, international relations were characterized by the increasing role of the United States in world politics. During this period, Latin America occupied a central place in the foreign policy of the United States. The United States pursued a policy of increasing its influence in the Latin American region and uniting the states of the region around it. During these years, the United States wanted to dominate the Panama Canal. He achieved this wish in 1901 with the agreement he signed with England. According to this agreement, the canal could be built by the US government or private companies at its discretion.
In 1902, the United States bought the concession right to build the canal from the French company. In 1903, the governments of the United States and Colombia signed a treaty. According to the agreement, the Colombian government had to lease to the US government for a period of 99 years a strip of land on its territory from the Pacific Ocean to the Atlantic Ocean. But the Colombian congress rejected this agreement. In this case, the United States put pressure on Colombia and staged a coup d'état there. With the help of the United States, Panama was declared a republic. The United States recognized the independence of the Republic of Panama and established relations with it. The canal was commissioned in 1914.
At the beginning of the 20th century, the influence of the United States expanded in the countries of the Caribbean basin. The US government allocated loans to these countries for their economic, political and military development. This US policy was called "dollar diplomacy".
At the beginning of the 20th century, Japan's activity in the Far East increased due to financial and diplomatic assistance. In 1904, Japan started a war with Russia. The Russian navy was crushed in the war and Russia suffered a crushing defeat. The main reasons for Russia's defeat were the decay of tsarism, economic, political, military, diplomatic and moral unpreparedness for war. Russia was forced to sign a peace treaty with Japan in Portsmouth, USA in 1905. According to the terms of the treaty, Russia gave Japan the Lyaodun Peninsula, Port Arthur, the South Manchuria Railway, along with it all of South Manchuria, the southern part of Sakhalin Island, and accepted Japan's superior authority in Korea. Thus, Russia's influence in the Far East decreased significantly.
One of the important issues in international relations at the beginning of the 20th century is the Moroccan crisis. As a result of the partition of Africa, France got the western parts of Morocco. As a result of French-Italian negotiations, the Strait of Gibraltar was to be given to Spain, and the rest of Morocco to France.
In the name of protecting the independence of Morocco, Germany sent its ships to the Moroccan port of Tangier on March 31, 1905, Wilhelm II declared Morocco independent. The international conference on the Moroccan issue was held in the Spanish city of Algeciras (Al-khasiras) at the beginning of 1906.
Germany's claims were rejected at the conference. The establishment of Moroccan police forces was entrusted to France and Spain. Control of the Moroccan straits fell under the influence of France, England, Germany and Spain. However, Germany was not satisfied with these results.
Keywords: relations, region, international, political, world