Arxiv
Təbiət və elm 2024
DOI: 10.36719/2707-1146/03/46-49
Nərmin Əzizova
Odlar Yurdu Universiteti
nermin.ezizli52@gmail.com
BİOLOGİYANIN TƏDRİSİ METODİKASINDA İNTERAKTİV TƏLİM ÜSULLARI
VƏ TƏTQİQATÇILIQ BACARIQLARININ İNKİŞAFI
Xülasə
Beləliklə, biologiyanın tədrisi metodikasında interaktiv təlim üsullarına və tədqiqatçılığın inkişafına dair mövzulara toxunuldu. Araşdırmaya görə toxunulan mövzulara dərindən nəzər salsaq, olmalı və əslində olan tədris arasında böyük fərq var. Belə nəticəyə gəlinirki, Azərbaycan məktəblərində kurikuluma yetərincə diqqət göstərilmir. Tədris zamanı qoyulan qaydalara əsasən dərslər keçirilmir. Bunun da nəticəsində şagird müasir dərsliyi tam dərk edə bilmir. Fənn kurikulumu özünəxas xüsusiyətlər daşıyır. Məsələn, təlimin fəal üsullarından istifadə olunması, bilik və anlayışların qiymətləndirilməsi, təlimə cəlb olunma və s. Yeni təhsil proqramına görə biologiya ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunur. Tədris zamanı öyrədiləcək məzmun kurikulumun standartlarına uyğun olmalıdır. Hal-hazırki dərslərə baxsaq görə bilərik ki, “interaktiv təlim” termin olaraq qalmağa davam edir. Bunun da özünə-məxsus səbəbləri vardır. Beləki, “interaktiv təlim” anlayışı öyrədənlərə yetərincə aşılanmır. Bu terminin əsl mahiyyəti onlara çatdırılmadığından, lazımi şəkildə istifadə olunmur.
Açar sözlər: interaktiv, qiymətləndirmə, təqdimat, kirukulum, metodika
Development of interactive methods and research skills in the methodology of teaching biology
Summary
So, here some major points were discussed such as the interactive teaching methods and research in teaching methodology of biology. If we look at to the topics that covered in this research, we will see a big difference between what should be and what is actually taught. We can conclude that in Azerbaijan schools have insufficient attention to the curriculum. Lessons are not held in accordance with the rules that established during the education. As a result, the student is not able to perceive completely the modern textbook. The subject curriculum has its own characteristics. For example, the use of active teaching methods, assessment of knowledge and conception, involvement to the training and etc. According to the new educational program, biology is teaching in the general secondary and complete secondary education levels. The content of the learning during the training must be compatible in accordance to the curriculum standards. If we look at the current lessons, we will see that the curriculum remains being just the term at the same time. There are specific reasons for this. Thus, the curriculum is not sufficiently appropriated to teachers. This term is not used properly because its true meaning has not been conveyed.
Key words: interactive, evaluation, presentation, curriculum, methodology
Baxış: 683