Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Elçin Fərhad oğlu Osmanov

Açar sözlər: innovasiya, biznes, sahibkarlıq, idarəetmə
Key words: innovation, business, entrepreneurship, management
Ключевые слова: инновации, бизнес, предпринимательство, менеджмент

Müasir biznes sahəsində elmi və texniki nailiyyətlərin savadlı və düzgün tətbiqini nəzərdə tutan innovasiya sistemi sürətlə inkişaf edir. Bu inkişafda biznes inkubatorlar da mühüm rol oynayırlar. Belə ki, biznesinkubatorların əsas vəzifəsi maraqlı biznes ideyanı aşkara çıxarmaq və onun biznes layihəsinə çevrilməsinə kömək etmək, məhsul istehsalına yardım göstərmək və bazara çıxışı təmin etməkdən ibarətdir. Bütün bu vəzifələrin yerinə yetirilməsinə, xüsusilə məhsulun bazara çıxışına yardım göstərmək kifayət qədər mürəkkəb məsələdir. Buna nəinki, ölkə daxilində, eləcə də beynəlxalq aləmdə düzgün biznes siyasəti aparmaqla, biznes infrastrukturunun işlək mexanizmlərini hərəkətə gətirməklə nail olmaq mümkündür. Bu funksiya getdikcə daha vacib əhəmiyyət kəsb edir, çünki vaxt keçdikcə yeni müəssisənin bazara çıxışı tədricən artmaqda olan rəqabət üzündən mürəkkəb xarakter almaqdadır. Biznesin inkubasiyası uzunmüddətli dövrə hesablanmış sahibkarlığa köməyin infrastruktur mexanizmlərindən biri sayılır.

Baxış: 1307