Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Orxan Şəfa oğlu Şadmanlı
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
doktorant
orxann.93@bk.ru

İCARƏ ƏMƏLİYYATLARININ UÇOTUNUN
 MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə
Müasir bazar iqtisadiyyatının infrastrukturunun ən mühüm elementlərindən biri kirayə bazarıdır. Bu baxımdan iqtisadiyyatın dinamik inkişafında səmərəli kirayə bazarının çox mühüm rolu var. Başqa sözlə desək, icarə münasibətlərinin bazar qanunlarına uyğun inkişafı iqtisadiyyatın inkişafında kəmiyyət dəyişiklikləri ilə yanaşı, keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına mühüm şərait yaradır. Lizinq - istehlakçı tərəfindən əmlakın sonradan alınması və icarəyə verilməsi formasında yaranan münasibətləri təcəssüm etdirən fəaliyyət növüdür. Həmçinin, lizinq hazırda iqtisadiyyatda investisiya proseslərinin həyata keçirilməsinin ən səmərəli üsullarından birinə çevrilib. Son illər Azərbaycanda icarə münasibətlərinin səmərəli inkişafı üçün bir sıra mühüm normativ-hüquqi aktların qəbulu bu sahədə mühüm qanunvericilik bazasının yaradılması ilə nəticələnib ki, bu da icarə bazarının ölkədə formalaşmasında böyük rol oynayıb. 

Açar sözlər: icarə, təhlil, lizinq, mülkiyyət, balans, aktivlər 




Baxış: 809