Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Xəqani Məqsəd oğlu Salmanov
Azərbaycan Respublikası Turizm 
və Menecment Universiteti
magistrant
xetai.salmanov@list.ru

CƏNUBİ QAFQAZ REGİONUNDA NƏQLİYYAT İNFRASTRUKTURUNUN
 İNKİŞAFI VƏ ONUN İNVESTİSYALAŞMASININ PRİORİTET İSTİQAMƏTLƏRİ
Xülasə
Müasir dövrdə dövlətlərarası əlaqələrin sürətli inkşafı səbəbindən nəqliyyat sektorunun rolu əhəmiyyətli dərəcədə artmış, hər bir dövlətin iqtisadi siyasətinin aktual mövzusuna çevirilmişdir.Nəqliyyat sektoru, hər bir dövlətin maddi mədəniyyətinininkişaf dərəcəsinin göstərən vacib faktorlardan biridir. Bu səbəbdən də hər bir dövlət nəqliyyat sektorunun inkşafına xüsusi diqqət ayırır.Bu mənada nəqliyyatın inkişafına əsasən üç amil təsir edir. Dövlətlərin və ya ümumi regionun yerləşdiyi məkan amili. Bu amil məkan xarakteristikasının (əsas beynəlxalq yük və sərnişin axınlarına nisbətdə coğrafi yerləşmə) təsvirini ifadə edir. Dövlətlərin və ya ümumi regionun özünün yük və sərnişin axınları potensialının aşkarlanması amili. Bu amil dövlətlərin və ya ümumi regionun sosial-iqtisadi potensial anlayışının müəyyən hissəsi ilə xarakterizə olunur. Dövlətlərdə və ya ümumi regionda həyata keçirilən mövcud nəqliyyat siyasətinin adekvatlığı amili.Qloballaşan dünyada iqtisadi əlaqələrin inkişafında dövlətlərarası və region daxili nəqliyyat dəhlizləri xüsusi rol oynayır. Nəqliyyat dəhlizləri qlobal iqtisadiyyatın əsasını təşkil edir.Nəqliyyat dəhlizinin əsas funksiyası ən qısa marşrut xətti ilə yüklərin lazimi ünvana maksimum dərəcədə tez çatdırılması prosesidir. Hal-hazırda nəqliyyat potensialına görə fərqlənən regionlardan biri də Cənubi Qafqazdır.Cənubi Qafqazın müasir nəqliyyat xarakteristikasını, region ölkələrinin inkişaf tendensiyalarını təhlili aşağıdakı perspektivlərin qiymətləndirilir. Əlverişli mövqeylərin (coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji) mövcudluğu; Müstəqil daxili və xarici siyasətin yürüdülməsi; Təbii ehtiyatların və resursların (maddi, mənəvi, əmək və insan) zənginliyi; Şərqlə Qərb arasında alternativ nəqliyyat-kommunikasiya, enerji dəhlizlərinin yaradılması sahəsində yürüdülən transmilli siyasət; 
Açar sözlər : Cənubi Qafqaz , Nəqliyyat sektoru, Dövlətlərarası, Qlobal iqtisadiyyat, Region

Khagani Maksad Salmanov

Priority areas of transportation infrastructure develoment and its
 investment in the South Caucasus region
Abstract
To the rapid development of interstate relations in modern times, the role of the transport sector has increased significantly and has become a topical issue of economic policy of each state. The transport sector is one of the important factors in determining the level of development of the material culture of each state. For this reason, each state pays special attention to the development of the transport sector. In this sense, the development of transport is mainly influenced by three factors: 
• The spatial factor in which countries or the region as a whole is located. This factor describes the spatial characteristics (geographical location relative to major international freight and passenger flows).
• The potential for states or the region as a whole to identify its own freight and passenger flows. This factor is characterized by a certain part of the concept of socio-economic potential of states or the region as a whole. 
• The adequacy of existing transport policies in countries or the region as a whole.
Interstate and intra-regional transport corridors play a special role in the development of economic relations in a globalizing world. Transport corridors form the basis of the global economy. The main function of the transport corridor is the process of delivering cargo to the required address as quickly as possible with the shortest route.Currently, one of the regions that differs in terms of transport potential is the South Caucasus. The analysisof the modern transport characteristics of the South Caucasus, the development trends of the countries of the region assesses the following perspectives: The existence of favorable positions (geographical, geopolitical, geoeconomic, military-geostrategic); Pursuing an independent domestic and foreign policy; Richness of natural resources and resources (material, spiritual, labor and human);
Key wordsSouth Caucasus, Transport Sector, Interstate,Global Economy, region





Baxış: 476