https://doi.org/10.36719/2663-4619/108/67-70
Sevda Tağıyeva
Azərbaycan Dillər Universiteti
sevdatagiyeva804@gmail.com
https://orcid.org/0001-0011-7187-9412
COP29-da Azərbaycanın ekoloji və iqtisadi hədəfləri
Xülasə
Məqalədə Azərbaycanın COP29 sammitində təyin etdiyi ekoloji və iqtisadi hədəflər geniş təhlil edilib. Azərbaycan iqlim dəyişikliyinə qarşı qlobal səylərə qatılaraq davamlı iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında tarazlığı təmin etməyi hədəfləyir.
Ekoloji hədəflərin başında gələn karbon emissiyalarının azaldılması ilə Azərbaycan qlobal istiləşməni yavaşlatmaq istiqamətində Paris Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra edir. Bu məqsədə çatmaq üçün günəş, külək və su enerjisi kimi təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi planlaşdırılır. Xüsusilə Xəzər dənizində külək enerjisi potensialının inkişafı ilə bağlı konkret planlar, Azərbaycanın öz enerji ehtiyaclarının əhəmiyyətli bir hissəsini daha ekoloji cəhətdən təmiz metodlarla təmin etməyi hədəflədiyini göstərir.
COP29 çərçivəsində Azərbaycanın regional və qlobal əməkdaşlıq istiqamətində də mühüm addımlar atdığı vurğulanır. Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması və bərpası üzrə digər dövlətlərlə birgə layihələr həyata keçirilməsi Azərbaycanın regionda ekoloji problemlərin həllinə yönəlmiş öhdəliklərini daha da gücləndirir. Bundan başqa, ölkə qlobal iqlim təşəbbüslərinə qatılaraq həm beynəlxalq səviyyədə ekoloji məsuliyyətlərini artırır, həm də qlobal ekosistemlərdə dəyişikliklərin ölkə daxilindəki təbii mühitə təsirini minimuma endirməyə çalışır.
Nəticə olaraq, Azərbaycanın COP29-da müəyyən etdiyi ekoloji və iqtisadi hədəflər yalnız daxili inkişafı dəstəkləmir, eyni zamanda qlobal iqlim siyasətində fəal iştirakçılığını artırır. Bu yanaşma Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəfdaş kimi rolunu daha da gücləndirir, davamlı inkişaf prinsiplərinə uyğun olaraq gələcək nəsillərə daha sağlam və dayanıqlı bir mühitin təmin olunmasına xidmət edir.
Açar sözlər: COP29, Azərbaycan, ekoloji hədəflər, iqtisadi hədəflər, regional əməkdaşlıq, davamlı inkişaf
Sevda Taghiyeva
Azerbaijan University of Languages
sevdatagiyeva804@gmail.com
https://orcid.org/0001-0011-7187-9412
Environmental and Economic Goals of Azerbaijan at COP29
Abstract
In this article, the environmental and economic goals set by Azerbaijan at the COP29 summit were extensively analyzed. Azerbaijan aims to ensure a balance between sustainable economic development and environmental protection by joining global efforts against climate change.
By reducing carbon emissions, which is at the top of the environmental goals, Azerbaijan fulfills its obligations under the Paris Agreement to slow down global warming. To achieve this goal, it is planned to expand the use of clean energy sources such as solar, wind and hydropower. Concrete plans for the development of wind energy potential, especially in the Caspian Sea, show that Azerbaijan aims to meet a significant part of its energy needs with more environmentally friendly methods.
It is emphasized that within the framework of COP29, Azerbaijan has taken important steps in the direction of regional and global cooperation. The implementation of joint projects with other states on the protection and restoration of the ecological condition of the Caspian Sea further strengthens Azerbaijan's obligations aimed at solving environmental problems in the region. In addition, the country increases its environmental responsibility at the international level by participating in global climate initiatives, and tries to minimize the impact of changes in global ecosystems on the natural environment within the country.
As a result, the environmental and economic goals set by Azerbaijan at COP29 not only support domestic development, but also increase its active participation in global climate policy. This approach further strengthens the role of Azerbaijan as a global partner in the fight against climate change, serves to ensure a healthier and more sustainable environment for future generations in accordance with the principles of sustainable development.
Keywords: COP29, Azerbaijan, environmental goals, economic goals, regional cooperation, sustainable development