Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
DOI: 10.36719/AEM/2020/02/34-38
M.S. Mehdiyev,
A.D. Aslanov,
V.İ. Sarıyev,
Q.B. Abdullayev
Mingəçevir Dövlət Universiteti

ÇİRKLƏNMİŞ ÇAY SULARININ ÖZÜNÜTƏMİZLƏMƏ PROSESİNƏ 
ÖLÇÜLƏR ANALİZİNİN TƏTBİQİ

Açar sözlər: Çirklənmiş, çaylar, özünütəmizləmə, ölçülər, analiz 
Ключевые слова: загрязненные, реки, самоочищения, размерности, анализ. 
Keywords: polluted rivers, self-cleaning process in river water, size theory

Su öz anomaliyaları ilə canlı aləmin mövcudluğunu təmin edən yeganə kimyəvi birləşmədir. Göl və çay sularının oksigen qazı ilə zənginliyi-canlıların həyat şəraitinin əsas göstəricisidir.Təbii su mənbələri təbiətin nadir hadisəsi sayılan özünütəmizləmə mexanizminə malikdir. Özünütəmizləmə-çirklənmiş çayların (kanalların), göllərin və digər su mənbələrinin ilkin xassəsinin yenidən bərpa olunmasına yönəlmiş təbii kimyəvi, fiziki və bioloji proseslər məcmusudur.


Baxış: 1033