Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/87/89-102

Cahan Arif qızı Əhmədova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

ahmedova_cahan1975@mail.ru

Olqa Oleqovna Əliyeva

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki 

“Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutu”

texnika elmləri namizədi

olga_da@mail.ru


DƏNİZ SUYUNUN ŞİRİNLƏŞDİRİLMƏSİ ÜÇÜN GÜNƏŞ ENERJİLİ MEMBRAN DİSTİLLƏ TEXNOLOGİYASI


Xülasə

Məqalədə günəş enerjili membran distillə üsulu ilə Xəzər dənizi suyunun şirinləşdirilmə texnologiyasının tədqinin nəticələri gətirilir. Birbaşa kontaktlı membran modulunun istifadəsi və membran üzərində ərpin yaranmasının qarşısını almaq üçün dəniz suyunun yumşaldılması nəzərdə tutulmuşdur. Şirinləşdirmə texnologiyasının hesablama modeli işlənilmişdir və onun kompüter simulyasiyası ilə əsas giriş dəyişənlərinin prosesinin texnoloji göstəricilərinə təsiri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, günəş enerjisinin intensivliyi 300÷900 Vt həddində dəyişdikdə, qəbul edilmiş digər ilkin şərtlər çərçivəsində, 1 kq şirinləşdirilmiş su almaq üçün günəş enerjisinin sərfi 3,6÷7,0 MC, günəş kollektorunun xüsusi səthinin sahəsi 5,7÷45 m2/(kq/saat), membranın xüsusi səthinin sahəsi 0,36÷1,12 m2/(kq/saat) təşkil edir. Bu texnologiya ilə Xəzər dənizi suyunun duzluluğunu 12,8 q/dm3-dan 60÷120 q/dm3-ə çatdırılmaqla, qalıq duzluluğu 10 mq/dm3 olan şirinlədirilmiş su (distillyat) almaq olar. Sistemə verilən yumşaldılmış dəniz suyunun 86÷89%-i şirinləşdirilmiş suya konversiya olunur.

Təklif edilən hesablama modeli universaldır – digər duzlu suların şirinləşdirmə sistemlərinin tədqiqində də istifadə edilə bilər.

Açar sözlər: günəş enerjisi, dəniz suyu, şirinləşdirmə, membran distillə, hesablama modeli, kompüter simulyasiyası


Jahan Arif Ahmadova

Azerbaijan State Oil and Industry University

Ph.D in Engineering

ahmedova_cahan1975@mail.ru

Olga Olegovna Aliyeva

Under the Azerbaijan State Oil and Industry University

"Geotechnological Problems of Oil, Gas and Chemical Scientific Research Institute"

Candidate of Technical Sciences

olga_da@mail.ru







Solar powered membrane distillation technology for seawater desalination


Abstract

The article presents the results of technological research on desalination of Caspian sea water by membrane distillation using solar energy. The use of a membrane module for direct contact and softening of sea water is provided to prevent the formation of scale on the membrane. The calculation model of desalination technology was developed and its influence on the technological indicators of the process of the main input variables was studied by computer simulation. It is determined that when the intensity of solar energy changes within 300÷900 W, within the framework of other accepted initial conditions, the consumption of solar energy for obtaining 1 kg of desalinated water is 3,6÷7,0 MJ, the specific surface area of the solar collector is 5,7÷45 m2/(kg/h), membrane specific surface 0,36÷1,12 m2/(kg/h). According to this technology, when the salinity of the Caspian Sea water is increased from 12,8 g/dm3 to 60÷120 g/dm3, it is possible to obtain desalinated water (distillate) with a residual salinity of 10 mg/dm3. 86÷88% of the softened sea water supplied to the system is converted into desalinated water.

The proposed calculation model is universal − it can be used in the study of desalination systems of other salt waters.

Keywords: solar energy, sea water, desalination, membrane distillation, calculation model, computer simulation


Baxış: 364