Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sabina Əzim qızı Əzimova
Azərbaycan Turizm və Menecment Universiteti
sabina_azimova25@mail.ru

ERKƏN NİKAH PROBLEMİNİN YARANMASINDA VƏ DAVAM ETMƏSİNDƏ
GENDER BƏRABƏRSİZLİYİNİN ROLU
Xülasə 
Baxmayaraq ki, dünyada erkən nikahın qarşısının alınması istiqamətində bir çox işlər görülmüşdür, bununla belə, təxminən hər üç saniyədə bir azyaşlı qız uşağının zorla evləndirildiyini nəzərə alsaq erkən nikah problemininin hələ də aktual olduğunu görmüş oluruq. Həm beynəlxalq sənədlərdə, həm ölkələrin milli qanunvericiliklərində qoyulan qadağalar problemin həllində rol oynayır, lakin kifayət eləmir. Bu baxımdan problemin adət-ənənələr və gender bərabərliyi ilə əlaqəsinin araşdırılması, gender bərbərliyinin erkən nikah probleminin yaranmasına və davam etməsinə təsirinin müəyyən edilməsi zərurəti doğurur.
Göründüyü kimi, əksər hallarda erkən nikah, düşüncə tərzinin, adət - ənənələrin  nəticəsi olaraq ortaya çıxır. Məhz düşüncə tərzi gender stereotipləri yaradır, gender stereotipləri də gender rolları vasitəsilə dəstəklənərək gender bərabərsizliyini yaradır. Bu isə qızların təhsil almasında, iqtisadi, siyasi həyatda iştirak etməsində problemlər meydana gətirir və qızlar ailə işlərinə aid məxluq kimi diskriminasiya olunaraq erkən nikaha məruz qalır. Müvafiq olaraq, əksər hallarda, təhsilsiz, məlumatsız olan həmin qızlar gələcəkdə öz övladlarını da erkən evləndirir və erkən nikah problemi səbəbin nəticəyə, nəticənin səbəbə təsiri formasını alaraq bu şəkildə davam edir.
Açar sözlər: nikah, erkən nikah, bərabərsizlik, gender bərabərsizliyi, minimum yaş

The role of gender inequality in the emergence and persistence of
the problem of early marriage
Summary 
Thus, such a conclusion can be come in the end on this problem. Prohibitions in both international documents and national legislation of the countries play a role in solving the problem, but not enough. As can be seen, in most cases, early marriage is the result of traditions and ways of thinking. It is this way of thinking that creates gender stereotypes, and gender stereotypes create gender inequality by being supported by gender roles. This creates problems for girls' education, economic and political participation, and girls are discriminated against as domestic creatures and subject to early marriage. Accordingly, in most cases, these girls, who are uneducated and uninformed, marry their children early in the future and the problem of early marriage continues in this way, taking the form of cause-and-effect, and effect-and-cause.
Key words: marriage, early marriage, inequality, gender inequality, minimum age    




Baxış: 719