DOI: https://doi.org/10.36719/2663-4619/98/19-26
Sevinc Əliyeva
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
filologiya üzrə fəlsəfə doktoru
FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ
QARŞILIQLI ƏLAQƏLƏRİ
Xülasə
Folklor və orta əsrlər Azərbaycan yazılı ədəbiyyatının qarşılıqlı əlaqələrinin nəzəri əsasları bir sıra araşdırmaların tədqiqat obyekti olmuş, müxtəlif istiqamətlərdə təhlil edilmişdir. Lakin folklor formul, obraz və motivlərinin orta əsrlər Azərbaycan ədəbiyyatina transformasiyası əsaslı şəkildə tədqiq edilməmişdir. Tədqiqat işində əsas məqsəd qeyd etdiyimiz araşdırma əsasında orta əsrlər Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şifahi xalq ədəbiyyatının rolunu öyrənib tədqiq etmək, onların bir-birinə bağlılığını araşdırıb üzə çıxarmaqdır. Folklorun və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqində aparılan nəzəri-təcrübi araşdırmaların əsas istiqaməti hər iki ədəbiyyatın qarşılıqlı əlaqələrinin nəzəri əsaslarını öyrənmək, eləcə də sənətkarların bədii yaradıcılığında folklor formul, obraz və motivlərindən bəhrələnmə məqamlarını aşkar etməkdir. Klassik ədəbiyyat və xalq sənətinin mənşəyi ilə bağlı tədqiqatçıların mülahizələri , onların bu problemin elmi-nəzəri və bədii estetik əhəmiyyətinə yanaşmaları da tədqiqatımızda özünə yer almışdır. XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalara ümumi şəkildə nəzər saldıqda görürük ki, bu dövr yazıb-yaradan sənətkarlarımızın yaradıcılığının öyrənilməsi, bu istiqamətdə görülən işlər, tarixi-müqayisəli və nəzəri tipoloji təhlillər əsasında işıqlandırılmışdır. Klassika, ənənə və müasirliyin vəhdəti başlıca elmi-nəzəri prinsip kimi ön planda dayanır.
Açar sözlər: folklor, yazılı ədəbiyyat, orta əsrlər Azərbaycan ədəbiyyatı, klassik ədəbiyyat, mənəvi irs, ədəbi nümunələr, nəzəri-tipoloji yanaşma, xalq şeirinin formaları
Sevinj Aliyeva
Azerbaijan National Academy of Sciences Institute of Folklore
PhD in Philology
sevinc.k.aliyeva@gmail.com
Mutual relationships of folklore and medieval Azerbaijan literature
Abstract
The theoretical foundations of mutual relations between folklore and Azerbaijan written literature of the middle age have been the object of a number of the scientific research and have been analyzed in different directions. But the transformation of folklore formulas, images and motifs in Azerbaijan written literature of the middle age has not been thoroughly researched. The main goal of the research work is to research the role of oral folk literature, which has a special place in Azerbaijan written literature of the middle age, to investigate and reveal their interdependence based on the research we have mentioned. The main direction of the theoretical and experimental studies conducted in the study of folklore and Azerbaijan written literature of the middle age is to study the theoretical foundations of the mutual relations of both literatures, as well as to discover the moments of using folklore formulas, images and motifs in the literary creativity of poets. The opinions of researchers regarding the origin of classical literature and folk art, their approach to the scientific-theoretical and literary aesthetic importance of this problem have also taken place in our research. When we take a general look at the research on Azerbaijani literature of the 13th-18th centuries, we see that the study of the creativity of the poets who wrote and created in this period, the works done in this direction are highlighted on the basis of historical-comparative and theoretical typological analyses. The unity of classics, tradition and modernity is in the foreground as the main scientific-theoretical principle.
Keywords: folklore, written literature, Azerbaijan literature of the middle age, classical literature, spiritual heritage, literary examples, theoretical-typological approach, forms of folk poetry