DOI: https://doi.org/10.36719/2789-6919/17/19-23

Rəşidə Rəşadət qızı Bəşirova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 

rbesirova0@gmail.com


GÜCLÜ TƏSİRLİ ZƏHƏRLƏYİCİ MADDƏLƏRDƏN ZƏHƏRLƏMƏLƏRDƏ

İLKİN YARDIM


Xülasə

Fövqalədə hallarda əhalinin ətraf mühitin zərərli təsirindən qorunması məqsədilə onlara ilkin tibbi yardım göstərmək vacib məsələlərdən sayılır. Hərb zamanı ətraf mühitə yayılan radioaktiv şüalanma, rentgen şüaları, kimyəvi və bakterialoji silahların işlənməsilə zəhərlənmələrdə mülki əhaliyə ilkin tibbi yardım göstərmək aktual məsələlərdən sayılır. Bu məqsədlə kimyəvi zəhərlənmə zamanı mülki əhaliyə ilkin tibbi yardımın göstərilməsi məsələləri məqalədə geniş şəkildə öz əksini tapmışdır. 

Ağır zəhərlənmə hallarında ağciyər iltihabının qarşısını almaq və müalicə məqsədi ilə antibiotik və sulfinilamid dərmanları ilə müalicə aparmaq lazımdır. Şiddətli öskürmə hallarında kodein və ya dionin verməli, xardal yaxması qoymalı, boğazın səs yarığı daralarkən boğaz nahiyəsini isitməli, isti qələvi ilə inhalyasiya etməli, dəri altına atropin vurmalı. Zoman, Lyuizit, Fosgen, Difosgen, Adamsit, Xlorasetofenon, Ammonyak, Xlor, Sulfit anhidridi, kimi zəhərləyici maddələrin xüsusiyyətləri araşdırılmış və zəhərlənmələrdə mülki əhaliyə ilkin tibbi yardımın göstərilməsi məsələləri analiz edilmişdir.

Açar sözlər: kimyəvi və bakterialoji silahlar, kimyəvi zəhərlənmə, ilkin tibbi yardım, mülki əhali, zəhərlənmiş şəxs, zəhərləyici maddələr, zəhərlənmə əlamətləri


Rashida Rashadat Bashirova

Azerbaijan State University of Culture and Arts

rbesirova0@gmail.com


First aid in cases of poisoning by highly effective toxic substances


Abstract

Providing first aid to the population in order to protect them from the harmful effects of the environment in emergency situations is considered one of the most important issues. Providing first aid to the civilian population in cases of poisoning by radioactive radiation, X-rays, chemical and bacteriological weapons that spread to the environment during war is considered an urgent issue. For this purpose, the issues of providing first aid to the civilian population during chemical poisoning are widely reflected in the article. In cases of severe poisoning, it is necessary to prevent and treat lung inflammation with antibiotics and sulfinilamide drugs. In cases of severe cough, codeine or dionine should be given, mustard ointment should be applied, the throat area should be warmed while the vocal fold of the throat is narrowing, inhalation should be done with hot alkali, and atropine should be injected under the skin. The characteristics of poisonous substances such as Zoman, Lewisite, Phosgene, Diphosgene, Adamsite, Chloracetophenone, Ammonia, Chlorine, Sulfite Anhydride, were investigated and the issues of providing first aid to the civilian population in case of poisoning were analyzed.

Keywords: chemical and bacteriological weapons, chemical poisoning, first aid, civilian population, poisoned person, poisonous substances, symptoms of poisoning


Baxış: 1537