DOI: https://doi.org/10.36719/2663-4619/94/50-54
Fatma Əsədova
Bakı Slavyan Universiteti
ORTA MƏKTƏBDƏ YAZI BACARIQLARININ FORMALAŞMASI
Xülasə
Azərbaycanda elmi-mədəni, siyasi və iqtisadi sahədə aparılan islahatlar təhsil fəlsəfəsinin dəyişməsi ilə nəticələnmişdir. Respublikada prioritet istiqamətlərdən biri olan yaddaş məktəbindən təfəkkür məktəbinə keçid hesab edilir. Oxu prosesində qazanılan bacarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək qarşılıqlı əlaqəyə çevrilir. Yazı qoyulmuş hər hansı problem, yaxud mövzu ilə bağlı fikir və mülahizələrin müvafiq formada verilməsini, görülmüş iş haqqında hesabat hazırlanmasını təmin edir. Müəllim şagirdin yaş və bilik səviyyəsinə uyğunluğunu, məzmun və quruluşunu nəzərə alaraq mətn seçməlidir.
Ana dilində mükəmməl yazıb oxumağı, öz fikrini ədəbi dildə səlis ifadə etməyi bacarmaq mədəniliyin başlıca əlamətlərindən hesab olunur. Bu keyfiyyətləri gənc nəsildə tərbiyə etmək üçün Azərbaycan dili proqramı geniş imkanlar verir.
Açar sözlər: təhsil qanunu, strategiya, şəxsiyyət, yazı işləri, yaradıcı fəaliyyət, orfoqrafik vərdişlər
Fatma Asadova
Baki Slavic University
fatya.asadova@mail.ru
Formation of writing skills at secondary school
Abstract
The reforms carried out in the scientific, cultural, political, and economic spheres in Azerbaijan resulted in a change in the philosophy of education. One of the priorities in the Republic is the transition from the school of memory to the school of thought. The skills acquired in the reading process are extended through written communication and become interactive with it. Writing ensures that the ideas and considerations related to any given problem or topic are presented in an appropriate form, and a report is prepared on the work done. The teacher should choose a text taking into account its content and structure, and the appropriateness of the student’s age and knowledge level.
Being able to write and read perfectly in the native language and express one’s opinion fluently in the literary language is considered one of the main signs of civilization. The Azerbaijani language program provides a wide range of opportunities to educate these qualities in the younger generation.
Keywords: education law, strategy, personality, writing jobs, creative activity, orthographic habits