Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/40/7-12

Nərmin Bayramova

Azərbaycan Tibb Universiteti

narmin.bayramova@amu.edu.az

Şəymən Həsənova

Azərbaycan Tibb Universiteti

shayman.hasanova60@gmail.com


KOLOREKTAL XƏRÇƏNG VƏ ADENOMATOZ POLİPİN 

DİAQNOSTİKASINDA ANTİMİKROB PEPTİDLƏRİN VƏ SİTOKİNLƏRİN 

TƏYİNİNİN DİAQNOSTİK ƏHƏMİYYƏTİ


Xülasə

Bu işin məqsədi müxtəlif bağırsaq şişləri və adenomatoz polipozu olan xəstələrdə sitokinlərin və antimikrob peptidlərin diaqnostik rolunun müqayisəli tədqiqidir. Bu tədqiqatda müxtəlif bağırsaq şişləri olan 80 xəstə və adenomatoz polipozu olan 17 xəstə müayinə edilmişdir. Bütün xəstələrdə serumda IL-6, TNF-α və FABP-nin konsentrasiyası immunofermentativ analiz ilə müəyyən edilmişdir. Bədxassəli bağırsaq şişi olan xəstələrdə IL-6, TNF-α-nın diskriminasiya səviyyəsi adenomatoz polipi olan xəstələrlə müqayisədə müvafiq olaraq 4,5 və 3 dəfə artmışdır. Adenomatoz polipozu olan xəstələrdə bağırsaq şişləri ilə müqayisədə FABP-də əhəmiyyətli artım müşahidə edilmişdir. Beləliklə, bütün bu markerlər bağırsaq xərçənginin erkən diaqnozu və skrininqi üçün istifadə edilə bilər.

Açar sözlər: İL-6, TNF-α, FABP, kolorektal xərçəng, defenzin, sitokin


Narmin Bayramova

Azerbaijan Medical University

narmin.bayramova@amu.edu.az

Shayman Hasanova

Azerbaijan Medical University

shayman.hasanova60@gmail.com


The diagnostic utility of cytokines and antimicrobial peptides in the detection of 

colorectal cancer and adenomatous polyp

                       

Abstract

This study compares the use of antimicrobial peptides and cytokines in the diagnosis of individuals with adenomatous polyposis and other intestinal tumors. In this study 17 individuals with adenomatous polyposis and 80 patients with different forms of colorectal cancer were examined. An enzyme immunoassay was used to measure each patient's blood levels of IL-6, TNF-α, and FABP. When compared to individuals with good-quality bowel tumors, patients with malignant bowel tumors had significantly higher levels of IL-6 and TNF-α on 4,5 and 3 occasions, respectively. A significant decrease in the FABP concentration is also observed in patients with malignant bone tumors on the related control. A notable rise in the number of persons with adenomatous polyposis with adenomatous polyposis, a significant increase in FABP was observed than with bowel tumors. Thus, all these markers can be used for early diagnosis and screening for bowel cancer.

Keywords: IL-6, TNF-α, FABP, colorectal cancer, defensin, cytokine


Baxış: 341