Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/93/8-12

Aysel Şükürova 

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası 

filologiya üzrə fəlsəfə doktoru 

aysel_edu@yahoo.com


MARQARET TETÇERİN NİTQİNİN LİNQVOKOQNİTİV TƏHLİLİ


Xülasə

Məqalə Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin (1925-2013) nitqinin linqvokoqnitiv nöqteyi-nəzərdən öyrənilməsinə həsr olunmuşdur. Hal-hazırda linqvistik şüur və mürəkkəb proses olan elmi qavrayış geniş təhlil olunur; cəmiyyət və mədəniyyət haqqında yeni düşüncələrin yaranması davam edir. Müasir dövrdə dil və qeyri-dil paradiqmaları əsasında təzahür edən müxtəlif mətn nümunələrinin nəzəri və praktiki öyrənilməsi, işlənib hazırlanması tələb olunur. Buna görə də koqnitiv diskursiv yanaşma çərçivəsində aparılan tədqiqatlar əsas ictimai-siyasi münasibətləri, müasir dil şüurunun vəziyyəti haqqında məlumatı əldə etmək imkanı verir. 

Dil dünyanın müəyyən mənzərəsini formalaşdırmağa xidmət edir və koqnitiv dilçilik hər hansı bir insanın şüuru və qavrayışı haqqında təsəvvür yaradır. Diskurs texnoloji tərəqqi, cəmiyyətin tələbləri və elmdə üstünlük təşkil edən ideyaları nəzərə alaraq yeni ünsiyyət formalarının qarşılıqlı təsirini nəzərdən keçirən çoxölçülü və dinamik bir  hadisədir. Diskursda mental təsvirlərlə linqvistik vasitələrin qarşılıqlı əlaqəsini öyrənmək üçün ünsiyyət prosesi iştirakçılarının empirik biliklərini, idrak sahəsini ümumi sosial məkanda təhlil etmək vacibdir. 

Məqalədə Marqaret Tetçerin nitqinə həm linqvistik, həm də koqnitiv aspektdən yanaşılmışdır. Bundan əlavə, tədqiqatda siyasi xadimin çıxışındakı metaforlara, metonimiyalara, intertekstuallıq nümunələrinə və s. üslubi, ritorik fiqurların təsvirinə geniş yer verilmişdir.

Açar sözlər: koqnitiv dilçilik, diskurs, nitq, informasiya, kommunikasiya, metonimiyalar, metaforlar, təkrarlar, konseptlər, intertekstuallıq


Aysel Shukurova

Police Academy of MIA of the Republic of Azerbaijan

Doctor of Philosophy in Philology

aysel_edu@yahoo.com


Linguo-cognitive study of Margaret Thatcher's speech


Abstract

The article is devoted to the study of the speech of former Prime Minister of Great Britain Margaret Thatcher (1925-2013) from a linguo-cognitive point of view. Currently, linguistic awareness and scientific perception which is a complex process, are widely investigated. New ideas about society and culture continue to emerge. In modern times, theoretical and practical study and development of various text samples that are manifested on the basis of linguistic and non-linguistic paradigms are required. Therefore, the research conducted within the framework of the cognitive discursive approach provides an opportunity to obtain information about the main socio-political relations and the state of modern language consciousness. 

Language serves to form a certain picture of the world, and cognitive linguistics creates an idea about the consciousness and perception of any person. Discourse is a multidimensional and dynamic phenomenon that considers the interaction of new forms of communication, taking into account technological progress, the demands of society, and prevailing ideas in science. In order to study the interaction of mental images and linguistic tools in the discourse, it is important to study the empirical knowledge, cognitive field of the participants of the communication process in the general social space. 

In the article, Margaret Thatcher’s speech was studied from both linguistic and cognitive aspects. In addition, in the speech of the political figure wide space is given to the description of stylistic and rhetorical figures such as metaphors, metonymies, examples of intertextuality and etc.

Keywords: cognitive linguistics, discourse, speech, information, communication, metonymies, metaphors, repetitions, concepts, intertextuality


Baxış: 449