Arxiv
Elmi iş - 2024
Namiq Müslüm oğlu Müslümov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
namiqmuslum@gmail.com
MÜASİR BANK SİSTEMİNİN BAŞLICA İNKİŞAF İSTİQAMƏTLƏRİ
Xülasə
Son illərdə qlobal bank sistemi informasiya texnologiyalarında sahəsində baş verən inqilabi yeniliklərin və yeni pul-maliyyə münasibətlərinin təsiri ilə əhəmiyyətli dəyişikliyə məruz qalmışdır. Banklar öz müştərilərinə xeyli sayda və günbəgün yenilənən xidmətlər təklif edir və beləliklə, aqressiv şəkildə bəzi bank olmayan sahələrə daxil olur və universal maliyyə institutlarına çevrilirlər. Müasir dünyanın bank işində biz öz fəaliyyətinə görə milli sərhədləri aşaraq beynəlxalq bank sahəsinə daxil olan bank və maliyyə institutları nəzərə çarpmağa başlamışdır. Bu cür bank və kredit təşkilatları beynəlxalq və regional maliyyə və bank institutları ilə birlikdə beynəlxalq bankçılığı təşkil edirlər.
Açar sözlər: bank, bank və maliyyə xidmətləri, informasiya texnologiyaları, qlobal bankçılıq
Namiq Muslum Muslimov
The main directions of development of the modern banking system
Abstract
In recent years, the global banking system has undergone significant changes under the influence of revolutionary innovations in the field of information technology and new monetary relations. Banks offer their customers a large number of services that are updated on a daily basis, and thus aggressively enter some non-banking sectors and become universal financial institutions. In the banking business of the modern world, we have begun to notice banking and financial institutions that have crossed national borders and entered the field of international banking. Such banks and credit organizations, together with international and regional financial and banking institutions, organize international banking.
Key words: banking, banking and financial services, information technology, global banking
Baxış: 510