Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: https://doi.org/10.36719/2663-4619/99/28-33

Əlöysəd Əsgərov

Azərbaycan Dövlət Aqrar Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

alovsad.asgarov@mail.ru

Bəsti Novruzova

Azərbaycan Dövlət Aqrar Universiteti  

elekberlimehemmed@mail.ru


MÜƏSSİSƏLƏRİN MALİYYƏ SİYASƏTİ


Xülasə

Müəssisənin (təşkilatın) maliyyəsi ümumilikdə maliyyə sisteminin əsas həlqəsidir. İctimai istehsal sferasına xidmət etmə xüsusiyyətinə görə maddi istehsal sahələrinin müəssisələrinin maliyyəsi və qeyri-istehsal sahələri təşkilatlarının maliyyəsi bir-birindən fərqlənir. Mülkiyyət formasından asılı olaraq müəssisənin maliyyəsi dövlət müəssisələrinin maliyyəsi və qeyri-dövlət müəssisələrinin (xüsusi, kooperativ, birgə müəssisələr) maliyyəsinə bölünür. Bütün bu münasibətlərdən aydın olur ki, müəssisələrin maliyyəsinin zəruriliyi əmtəə-pul münasibətlərinin mövcudluğu və dəyər qanununun fəaliyyəti ilə sıx surətdə əlaqədardır. Müəssisənin maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə ictimai məhsulun, ümumi gəlirin, müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü, məqsədli pul fondlarının, əsas və dövriyyə vəsaitlərinin, amortizasiya fondunun yaradılması və istifadəsi həyata keçirilir.

Açar sözlər: müəssisənin maliyyəsi, mənfəət, amortizasiya fondu, gəlir, xərc, pul fondları, büdcədənkənar fond


Aloysad Asgarov

Azerbaijan State Agrarian University

PhD in economics

alovsad.asgarov@mail.ru

Basti Novruzova

Azerbaijan State Agrarian University

elekberlimehemmed@mail.ru


Financial policy of enterprises


Abstract

Enterprise (organization) finance is the main link of the financial system in general.  Due to the feature of serving the social sphere of production, the finance of enterprises of material production areas and the finance of organizations of non-production areas differ from each other.  Depending on the form of ownership, the finance of the enterprise is divided into the finance of state enterprises and the finance of non-state enterprises (private, cooperative, joint enterprises). It is clear from all these relationships that the necessity of enterprise finance is closely related to the existence of commodity-money relations and the operation of the law of value. Through the distributive function of the enterprise's finances, the distribution of the public product, total income, profit remaining at the disposal of the enterprise, the creation and use of special funds, fixed and circulating funds, depreciation fund is carried out.

Keywords: enterprise finance, profit, amortization fund, income, expenditure, cash funds, off-budget fund



Baxış: 377