Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/38/52-58

 Afaq Əliyeva 

Naxçıvan Dövlət Universiteti

biologiya üzrə fəlsəfə doktoru

                                                                                      afagaliyeva100@gmail.com

UOT 582. 683.2 (47)


NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA KƏLƏMKİMİLƏR –BRASSICACEAE BURNETT. FƏSİLƏSİNİN BƏZİ MONOTİP NÖVLƏ TƏMSİL 

OLUNAN CİNSLƏRİNİN BİOEKOLOJİ VƏ FAYDALI XÜSUSİYYƏTLƏRİ 


Xülasə

Məqalə Naxçıvan MR florasında Kələmkimilər – Brassicaceae Burnett. fəsiləsinin bəzi monotip növlə təmsil olunan – Alliaria Heist. ex Fabr. – Sarımsaqotu, Anchonium DC. – Anxoni, Asperuginoides Rauschert (Buchingera Boiss. & Hohen.) – Buxinqer, Bunias L. – Təpəotu, Calepina Adans. – Kalepina, Capsella Medik. – Quşəppəyi, Cardamine L. – Ürəkotu, Coluteocarpus Boiss. – Şaqqıldaqmeyvə, Cymatocarpus  O.E. Schultz – Sərbəstmeyvə və Nasturtium R.Br. –  Qıjı kimi cinslərinin bioekoloji və əhəmiyyətli xüsusiyyətlərindən bəhs olunur. 

Burada qeyd olunan cinslərə məxsus növlərin yayıldığı hündürlük qurşaqları, ekoloji mühiti, rütubətə münasibətə görə ekoloji qrupu, həyat forması, coğrafi areal tipləri, faydalı xüsusiyyətləri barədə məlumatlar qeyd olunmuşdur. Bunlarla yanaşı həmin cinslərin Naxçıvan florası üçün xarakterik, Azərbaycan florasının endemi və Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilən nümayəndələri haqqında da məlumatlar qeyd olunmuşdur. Aşkar olunan növlərin yerlərinin gələcək tədqiqatçılara məlum olmasını nəzərə alaraq, gedilən ərazilərin dəniz səviyyəsindən hündürlükləri və koordinatları da qeyd olunmuşdur. 

Açar sözlər: kələmkimilər, fəsilə, cins, növ, areal, bioekologiya


Afag Aliyeva 

Nakhchivan State University 

PhD in biology

afagaliyeva100@gmail.com


Bioecological and useful characteristics of some monotypic species of the genus of the family Brassicaceae Burnett in the flora of Nakhchivan Autonomous Republic


Abstract

The article discusses the bioecological and important characteristics of some monotypic species of the genus, family Brassicaceae Burnett - Alliaria Heist. ex Fabr. – Garlic, Anchonium DC. – Lobeder, Asperuginoides Rauschert (Buchingera Boiss. and Hohen.) – Sverbiga. – Calepina Adans. - Calepina, Capsella Medik. – Shepherd's purse,  Cardamine L. – Meadow heart, Coluteocarpus Boiss. – Cymatocarpus O.E. – Nasturtium R.Br. - Freefruit beetroot common in the flora of Nakhchivan Autonomous Republic. 

Here information is provided about altitudinal zones, ecological environment, ecological group by humidity, life form, types of geographic range, beneficial properties of species belonging to these genera. In addition, information was also mentioned about representatives of genera characteristic of the flora of Nakhchivan, endemic to the flora of Azerbaijan, included in the Red Book of the Nakhchivan Autonomous Republic. Considering that future researchers will know the location of the discovered species, the altitudes and coordinates of the areas visited are also noted.

Keywords: cruciferous, family, genus, species, habitat, bioecology 

Baxış: 46