Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019


DOI: https://doi.org/10.36719/2707-1146/32/7-11

Orxan Bağırov

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi

aqrar elmlər üzrə fəlsəfə doktoru 

UOT: 634.1/.7

orxan_bagirov@mail.ru  


NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALÇA

SORT VƏ FORMALARININ TƏDQİQİ


Xülasə

Çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən alça genofondu müəyyənləşdirilmiş, bioloji xüsusiyyəti və pomoloji göstəriciləri öyrənilmiş və müqayisəli təhlil edilmişdir. İlk olaraq becərilən alça genofondunun 40,6%-nin yerli, 15,6%-nin introduksiya olunmuş sortlar, 43,8%-nin isə formalardan təşkil olunduğu təsdiqlənmişdir. İkili dispersion analizin təhlili nəticəsində çiçəkləmə fazasının iqlim faktorlarından, yetişmənin isə genetik əlamətlərdən asılı olduğu dəqiqiləşdirilmişdir. Tədqiqat zamanı sortların 33,4%-i tez, 38,8%-i orta, 27,8%-i gec; formaların isə 35,7%-i tez, 42,9%-i orta, 21,4%-i gecyetişən olduğu müəyyənləşdirilmişdir. Dequstasiya zamanı Naxçıvan göycəsi, Yaz mələsi, Təbərzə, Göycə sultan, Yay mələsi, Payız mələsi, İstanbul alçası, Qara alça sortları, Xıncov-2, Şərur-3, Qaraçuq-4, Şıxmahmud-3, Naxçıvan-1 və Ordubad-3 formaları yüksək balla qiymətləndirilmişdir.

Açar sözlər: alça, sort, forma, tezyetişən, pomoloji göstərici 


Orkhan Baghirov

Nakhchivan Section of Azerbaijan National Academy of Science

Ph.D in Agricultural Sciences

UOT: 634.1/.7

orxan_bagirov@mail.ru


Investigation of alycha sorts and forms in Nakhchivan Autonomous Republic


Abstract

According to the field expeditions, in the conditions of stasionar and cameral laboratory investigations the genofund of alycha cultivated in Nakhchivan Autonomous Republic is defined. The biological feature and pomological parameters are learnt and comparative investigated. The first the author affirmed that 40,6% of genopool of cherry cultivated is local, 15,6% is introduction and 43,8% are consist of forms.

Result of the double dispersion analyzing it was specified the bloom phase is depend on climate factors, but the ripening is depend on genetic features. It was defined that 33,4% of sorts are early ripen, 38,8% of them are middle ripen, 27,8% of them are late ripen; but 35,7% of forms are early, 42,9% of them are middle, 21,4% of them are late ripen. During the dequstation Nakhchivan goyja, Yaz malasi, Tabarza, Goyja sultan, Yay malasi, Payiz malasi, İstanbuls alycha and Black alycha sorts, Khinjov-2, Sharur-3, Garachug-4Shikhmahmud-3Nakhchivan-1 and Ordubad-3 forms are highly valued.

Keywords: alycha, sort, form, earlier ripening, pomological parameter


Baxış: 357