Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/27/25-30

Vüsalə Azər qızı Mikayılova 

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu  

            mikayilovavusale94@gmail.com

Mehran Mirzəmehi qızı Həmzəyeva 

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

mehran.hemzeyeva@gmail.com

Mətanət Mahir qızı Qədimli

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

metanetqedimli1984@gmail.com

Cahan Sabir qızı Məmmədova 

V.Y.Axundov adına Elmi-Tədqiqat 

Tibbi Profilaktika İnstitutu

cahanmmmdova455@gmail.com


İNFEKSİON MƏNŞƏLİ YARALARIN MÜALİCƏSİNDƏ NANAOHİSSƏCİK TƏRKİBLİ HİDROGELLƏRİN EFFEKTİVLİYİNİN ÖYRƏNİLMƏSİ 


Xülasə

Yaraların sağalmasında müxtəlif metodlardan istifadə olunur. Bunlara debridment, hiperbarik oksigen, ultrasəs və elektromaqnit terapiyası, mənfi təzyiqli yara terapiyası, dəri qreftləri, yara sarğıları, (köpük sarğıları, yara doldurucuları, hidrokolloid sarğılar, hidrogel sarğıları) aiddir. Tətbiq olunan yara terapiyalarından son zamanlar ən çox hidrogel sarğılarına əhəmiyyət verilir. Son illərdə infeksion və infeksion olmayan yaraların sağaldılmasında hidrogel tərkibli sarğılara daha çox əhəmiyyət verilir. Bu tipli sarğıların effektivliyini artırmaq üçün son illərdə nanotexnologiyaya əsaslanan yeni yanaşmalar işlənib hazırlanmaqdadır. Buna istinadən polimer tərkibli sarğılara müxtəlif Ag, Ti və s. kimi nanohisləciklər əlavə etməklə yaraların sağalmasında istifadə olunur. Ədəbiyyatda yaraların sağalmasında hidrogellə bağlı müxtəlif xülasələr yazılmış olsa da nanohissəcik tərkibli hidrogel sarğılarının klinikada tətbiq edilməsinə əsaslanan çox az sayda araşdırmalar vardır. Ölkəmizdə isə bu mövzu ilə əlaqədar olaraq hər hansı bir araşdırmaya rast gəlmədik. Buna görə də xülasədə məqsəd, nanohissəcik tərkibli yara örtükləri haqqında olan məlumatları araşdırıb təhlil etməklə onların əhəmiyyətini göstərmək olmuşdur.  Araşdırmaların nəticəsi göstərdi ki, nanohissəcik tərkibli yara örtükləri, nanohissəciyi olmayan yara örtüklərinə görə daha antiinflamator xüsusiyyətə malik olub, eyni zamanda zərər görmüş hüceyrələrin regenerasiya olunaraq, yaraların daha qısa zamanda sağalmasına səbəb olur.  

Açar sözlər: yara, yara sarğısı, metal nanohissəciklər, hidrogel, effektivlik


 


Vusala Azar Mikayilova

Scientific-Research Institute of 

Medical Prophylaxis name V.Y.Akhundov 

mikayilovavusale94@gmail.com

Mehran Mirzamahi Hamzayeva

Scientific-Research Institute of 

Medical Prophylaxis name V.Y.Akhundov 

mehran.hemzeyeva@gmail.com

Matanat Mahir Gadimli

Scientific-Research Institute of 

Medical Prophylaxis name V.Y.Akhundov 

metanetqedimli1984@gmail.com

Jahan Sabir Mammadova

Scientific-Research Institute of 

Medical Prophylaxis name V.Y.Akhundov 

cahanmmmdova455@gmail.com


Study of the effectiveness of hydrogels containing nanoparticles

in the treatment of wounds of infectious origin


Abstract

Various methods are used in wound healing. These include debridement, hyperbaric oxygen, ultrasound and electromagnetic therapy, negative pressure wound therapy, skin grafts, wound dressings, (foam dressings, wound fillers, hydrocolloid dressings, hyd­ro­gel dressings). Of the applied wound therapies, hydrogel dressings have recently received the most attention. In recent years, hydrogel dressings have been given more importance in the healing of infectious and non-infectious wounds. New approaches based on nanotechnology have been developed in recent years to increase the effect­ti­ve­ness of this type of bandage. Referring to this, various Ag, Ti, etc. is used in wound healing by adding nanoparticles such as Although various summaries of hydrogels in wound healing have been written in the literature, there are very few studies based on the clinical application of nanoparticle hydrogel dressings. In our country, we did not find any research related to this topic. Therefore, the purpose of the summary was to hig­h­li­gh­t the importance of nanoparticle wound dressings by examining and analyzing them. The results of the research showed that nanoparticle-containing wound dressings had more anti-inflammatory properties than non-nanoparticle-containing wound dressings, and at the same time, damaged cells were regenerated, causing wounds to heal in a shorter time. 

Keywords: wound, wound dressing, metal nanoparticles, hydrogel, efficacy


Baxış: 306