Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/97/14-19

Nuri Ələviyyə 

Naxçıvan Dövlət Universiteti

doktorant

mayisnuri422@gmail.com


İNGİLİS DİLİNDƏ SÖZ YARADICILIĞININ QEYRİ-ƏSAS NÖVLƏ


Xülasə

Dil ən mobil və daim dəyişən sistemlərdən biridir və daim dəyişən tarixi, iqtisadi, mədəni şəraitlə əlaqədar olaraq dilin həm tərkibi, həm də quruluşu dəyişir. Dilin həyatın dəyişən xüsusiyyətlərinə uyğunlaşdırılması prosesində cəmiyyətin fəaliyyətinin bu mərhələsində aktual olan yeni sözlərin yaranması yolu ilə yenilənir.

Dildə yeni sözlərin yaradılmasında bir sıra məhsuldar vasitələrlə yanaşı az məhsuldar olan növləri də mövcuddur. Söz yaradıcılığının qısaltmalar, səs təqlidi, klipinq kimi qeyri-əsas növlərinin tam xarakteristikasını vermək olduqca vacibdir. Odur ki, qeyri-əsas növləri söz yaradıcılığının əsas növlərindən fərqləndirən amilləri öyrənmək məqalənin mövzusunun aktuallığını təmin edir. Məqaləni yazarkən, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün müxtəlif metodlardan istifadə məsələsi çox mühüm amil olmuşdur. Bu səbəbdən, bu məqaləni yerinə yetirərkən, biz, mövzuyla əlaqədar təsviri, komponentlərin təhlili və kontekstual metodlardan istifadə etmişik.

Bu məqalənin yazılmasında başlıca məqsəd söz yaradıcılığının ikinci dərəcəli növlərinin onun əsas növlərindən fərqli cəhətlərini müəyyənləşdirməkdir.

Açar sözlər: ingilis dili, söz yaradıcılığı, söz, qeyri-əsas növlər


Nuri Alaviyya 

Nakhchivan State University

PhD in student

mayisnuri422@gmail.com


Non-major types of word-formation in English


Abstract

Language is one of the most mobile and ever-changing systems, and both its composition and structure change due to the ever-changing historical, economic, and cultural conditions. In the process of adaptation of the language to the changing features of life, it is updated through the creation of new words that are relevant at this stage of the society's activity.

Along with a number of productive means of creating new words in the language, there are also less productive ones. It is extremely important to give a complete characterization of non-basic types of word creation, such as abbreviations, voice imitation, clipping. Therefore, studying the factors that distinguish the non-main types from the main types of word creation ensures the relevance of the topic of the article. When writing the article, the issue of using different methods to achieve our goal was a very important factor. For this reason, in carrying out this article, we have used descriptive, component analysis and contextual methods related to the topic.

The main goal of writing this article is to determine the differences between the secondary types of word creation and its main types.

Keywords: English language, word creation, vocabulary, non-basic types




Baxış: 295