Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Arzu Məsim qızı Mədətova
Azərbaycan Universiteti
arzu.d96@mail.ru

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ İŞLƏNƏN FRAZEOLOJİ
VAHİDLƏRİN KONTRASTİV TƏHLİLİ

Açar sözlər: ingilis dili, Azərbaycan dili, frazeoloju vahidlər, kontrastiv təhlil
Key words: English, Azerbaijani, phraseological units, contrast analysis
Ключевые слова: английский язык, азербайджанский язык, фразеологические единицы, контрастивный анализ

Giriş
Müxtəlif sistemli dillərdə eyni kateqoriyadan olan vahidlərin qarşılıqlarının müəyyənləşdirilməsi ilk növbədə bu vahidlər arasında uyğunluqlar və uyğunsuzluqları aydınlaşdırmağı tələb edir. Kontrastiv tədqiqatlar belə dillərdə qarşılaşdırıla və ya bir-birini əvəz edə biləcək vahidləri müəyyənləşdirməyə imkan verir.
Hər bir dilin lüğət fondunda frazeoloji ifadələr özünəməxsus yer tutur. Onların qarşılaşdırılmasında bir sıra cəhətlərə xüsusi diqqət yetirilməsi lazım gəlir. Qeyd etmək lazımdır ki, frazeoloji ifadələr müxtəlif sistemə malik olan dillərdə əsasən fərqli struktura və semantikaya malik olsa da, onların bir qismində müəyyən uyğunluq, yaxınlıq da müşahidə edilir.


Baxış: 756